Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB könüllüləri”ndən nümunəvi aksiya“KOB könüllüləri”ndən özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlara dəstək Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir​Almaniya Azərbaycan şirkətlərinin layihələrini dəstəkləməyi təklif edir KOBİA sahibkarlarla onlayn görüşlər keçirir
Qida təhlükəsizliyi ilə bağlı onlayn təlim keçiriləcək 02.04.2019
Qida təhlükəsizliyi ilə bağlı onlayn təlim keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə 4 aprel 2019-cu il tarixində, saat 11.00-da qida məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün “Qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən xidmətlərin təşkili və yeniliklər” mövzusunda onlayn təlim keçiriləcək.

Təlimə ölkənin istənilən yerindən internet vasitəsilə elektron resurslardan (kompyuter və mobil telefon) istifadə etməklə qoşulmaq mümkündür.

- Kompyuter vasitəsilə https://zoom.us/client/latest/ZoomInstaller.exe linkinə daxil olmaq və 861087991 parolunu yığmaqla;

- iPhone vasitəsilə “App Store”dan “Zoom Cloud Meetings” tətbiqini yükləməklə;

- Android vasitəsilə “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.

Agentliyin Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən-Şabran, Yevlax, Gəncə, Qəbələ, Abşeron və Füzuli rayonları üzrə KOB dostları tərəfindən onlayn təlimə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstəriləcəkdir.

Təlimə qoşulmaqla bağlı istənilən məsələ ilə əlaqədar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edə bilərsiniz ((055) 525-30-30, Adil Əhmədov).


1. 2.


3. 4.