Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görüldüMikro və kiçik sahibkarların əl işləri maraqla qarşılanırKOBİA pəşəkar təlimçiləri əməkdaşlığa dəvət edir“Maliyyə hesabatları və təhlil” mövzusunda təlim keçirilibKOBİA Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsil olunacaq
Qənaətli istehsal üsullarına dair təlim keçiriləcək 11.09.2019
Qənaətli istehsal üsullarına dair təlim keçiriləcək



Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Qənaətli istehsal üsulu “Sigma” üzrə və “Qənaətli enerji” mövzusunda təlim keçiriləcək.

Aidiyyəti dövlət qurumlarının, sənaye müəssisələrinin nümayəndələrinin və sahibkarların iştirakı ilə təşkil olunacaq təlimin keçirilməsində məqsəd qənaətli istehsal metodları barədə məlumatlandırmaq və bu sahədə müzakirələrin aparılmasıdır.

Təlimdə iştirak ödənişsizdir.

Tədbir 18 sentyabr 2019-cu il tarixində, saat 10:00-da İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda (Ünvan: Həsən Bəy Zərdabi prospekti, 88a) keçiriləcəkdir.

Təlimdə iştirak etməkdə maraqlı olan sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər (telefon: (012) 404-04-01, e-mail: training@smb.gov.az , Urfan Nəbiyev).