Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Yeni yem emalı müəssisələri fəaliyyətə başlayıbQazax rayonunda yem emalı müəssisəsi istifadəyə verilibMaliyyə savadlığının artırılmasına dair təlim keçirilibSahibkar və menecerlər Almaniyada təcrübə keçəcək Horadizdə “KOB Dostu” fəaliyyətə başlayıb, Cocuq Mərcanlıda bal emalatxanası və satış məntəqəsi açılıb
Sahibkar və menecerlər Almaniyada təcrübə keçəcək 14.03.2019
Sahibkar və menecerlər Almaniyada təcrübə keçəcək

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 11 iyun - 6 iyul tarixlərində 19 sahibkar və menecerdən ibarət qrup Almaniyanın Heydelberq şəhərində yerləşən “AHP-International” Tədris Mərkəzində təlim və istehsalat təcrübəsi keçəcək.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə martın 13-14-də Almaniyada təlim və istehsal müəssisələrində təcrübə keçəcək sahibkar və menecerlər üçün seminar təşkil olunub.

İkigünlük seminarda sahibkar və menecerlər beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar danışıqların aparılması və əməkdaşlığın qurulması və s. barədə ətraflı məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumuna uyğun olaraq, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 25 mart - 19 aprel tarixlərində Almaniyada təlim və istehsalat təcrübəsi keçəcək 18 sahibkar və menecer üçün də seminar təşkil olunub.