Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görüldüMikro və kiçik sahibkarların əl işləri maraqla qarşılanırKOBİA pəşəkar təlimçiləri əməkdaşlığa dəvət edir“Maliyyə hesabatları və təhlil” mövzusunda təlim keçirilibKOBİA Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsil olunacaq
Sahibkarların kommunal xidmətlərə qoşulmasına dair onlayn tədbir keçiriləcək 08.06.2019
Sahibkarların kommunal xidmətlərə qoşulmasına dair onlayn tədbir keçiriləcək

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyunun 12-də, saat 11.00-da sahibkarlar üçün kommunal xidmətlərə qoşulma prosedurları və bu sahədə həyata keçirilən xidmətlərə dair onlayn maarifləndirici tədbir keçiriləcək.

Onlayn tədbirdə “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, “Azərsu” ASC, "Azərenerji" ASC və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nın nümayəndələri müvafiq sahələrdə kommunal xidmətlərə qoşulma, bu sahədə göstərilən xidmətlər və qanunvericiliyə edilmiş dəyişikliklər barədə sahibkarların suallarını cavablandıracaqlar.

Tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompüter, planşet və mobil telefondan istifadə etməklə qoşulmaq mümkündür (şifrə 595106533):

- Kompyuter vasitəsilə birbaşa qoşulmaq üçün https://zoom.us/j/595106533 linkinə daxil olmaqla;

- iPhone və Android vasitəsilə “App Store”dan və “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.

Agentliyin ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcəkdir.

Tədbirə qoşulmaqla bağlı istənilən məsələ ilə əlaqədar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edə bilərsiniz (055 525 30 30, Adil Əhmədov).