Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOB-lar üçün seminar keçiriləcək KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib“KOB Dostu” Xəzər rayonunda da sahibkarlara xidmət göstərəcək KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanıldı
Yardımlıda inkubator məntəqəsi və yem emalı müəssisəsi istifadəyə verilib 01.08.2019
Yardımlıda inkubator məntəqəsi və yem emalı müəssisəsi istifadəyə verilib

Yardımlı rayonunun Gavran kəndində inkubator məntəqəsi, Sırıq kəndində isə yem emalı müəssisəsi fəaliyyətə başlayıb.

Bununla bağlı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Yardımlı Rayon İcra Hakimiyyətinin, KOBİA-nın, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və kənd sakinlərinin iştirakı ilə keçirilmiş tədbirlərdə müəssisələrin Azərbaycan Hökuməti və USAİD tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində istifadəyə verildiyi qeyd olunub.

Diqqətə çatdırılıb ki, Gavranda inkubator məntəqəsinin istifadəyə verilməsi ilə əsas fəaliyyət sahələrindən biri quşçuluq olan kənd sakinləri quşçuluq təsərrüfatlarını genişləndirəcək, digər rayonlarda yerləşən inkubatorlardan istifadə etmək üçün uzun məsafə qət etmədən, vaxta və xərclərinə qənaət edəcəklər. Ümumilikdə Gavrandakı inkubator məntəqəsindən 11 kəndin 9 minə yaxın sakini yararlanacaqdır.

Sırıq kəndində fəaliyyətə başlayan yem emalı müəssisəsi isə fermerlərin heyvandarlıq və quşçuluq təsərrüfatları üçün yemə olan tələbatının ödənilməsinə imkan verəcəkdir. Yem üyüdən, toxum təmizləyən və ot doğrayan avadanlıqlardan ibarət olan yem emalı müəssisəsi əsas məşğuliyyəti kənd təsərrüfatı olan Sırıq və ətraf kəndlərdə fəaliyyət göstərən 5 minə yaxın kənd sakininə xidmət edəcəkdir.