Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA yanında İctimai Şuranın forumunda qida biznesi sahəsində müzakirələr aparılıb Füzuli rayonunda məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıbKOB sahəsində Malayziya təcrübəsi müzakirə edilib Daxili bazar araşdırması üzrə KOB-lara dövlət dəstəyi göstərilir 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək 09.01.2020
Yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək



20-22 fevral tarixlərində Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə “Partners and Business” sərgisi keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Kapital Bank” və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və s. sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsul və xidmətlər təqdim olunacaq. Ümumilikdə, sərgidə 150-ə yaxın şirkətin iştirakı nəzərdə tutulur.

Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Sərgidə təmsil olunmaq istəyən sahibkarlar"Marsol" MMC-yə (əlaqələndirici şəxs Fərid Rəcəbli, 050 228 64 31, www.partners.az) müraciət edə bilərlər.