Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA “Rusiya-İslam dünyası: Kazan Forumu” çərçivəsində keçirilən dəyirmi masada təmsil olunub KOBİA “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu”nda təmsil olunub KOB-lar “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim edir Azərbaycanda ilk dəfə süni intellektlə işləyən reklam robotu hazırlanıb KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq “Bakı KOB evi”ndə “Heydər Əliyev - unudulmaz lider” adlı foto-xalça sərgisi keçirilib KOB Model Müəssisəsi istehsal prosesində məhsuldarlığı və səmərəliliyi artırır Ölkə sərhədlərini aşan startaplarımız KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb Fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq sahibkarlar istənilən KOB evinin xidmətindən yararlana bilərmi?
Təlimçilər üçün təlim təşkil edilib 01.02.20
Təlimçilər üçün təlim təşkil edilib

2020-ci il ərzində ölkə regionlarında qadınların sahibkarlıq fəaliyyətinə daha çox cəlb edilməsi üçün seminarlar və digər maarifləndirici tədbirlər keçiriləcək. Bu məqsədlə seminarlarda təlimçi kimi iştirak edəcək mütəxəssislər üçün 28-30 yanvar tarixlərində Bakı şəhərində təlim təşkil olunub.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində keçirilmiş təlimçilər təlimində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), “ABAD”ın, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndələri iştirak edib. Tədbirdə təlimçi kimi fəaliyyət göstərəcək şəxslər təlimlərin hazırlanması, effektiv təqdimatlar, qadın sahibkarlar üçün mövzuların müəyyənləşdirilməsi, qiymətləndirmə metodları və s. istiqamətlərdə məlumatlandırılıb.

Təlimi uğurla başa vurmuş mütəxəssislər ölkə regionlarında qadınlar arasında sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması, bilik və bacarıqlarının artırılması üçün seminarlar keçirəcəklər.

Qeyd edək ki, KOBİA Avropa İttifaqının Avropa Qonşuluq Alətinin Azərbaycan üçün Fəaliyyət Proqramı çərçivəsində həyata keçirilən “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” texniki yardım layihəsinin benefisiarlarındandır. 2019-2021-ci illəri əhatə edən layihənin məqsədi Azərbaycanın iqtisadi rayonlarında biznesin inkişafına və məşğulluğun artırılmasına dəstək göstərməkdir.

Powered by Froala Editor