Please ensure Javascript is enabled for purposes of website accessibility
We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Meeting was held with citizens joined the self-employment programme in Gabala More than 800 business entities and potential entrepreneurs have attended the business trainings Entrepreneurs engaged in production are invited to the training of the SMB Model Enterprise “Unibroad” educational platform among the best startups around the world The Azerbaijani startup produced the “Sculptor” device The startup to represent our country unveiled at "AIM Congress" Meeting was held with Samukh entrepreneurs, with the SMB friend office goes operational More than 99 thousand services provided to entrepreneurs at the SMB houses in Q1 of current year A survey is conducted among foreign trade participants Awareness-raising event organized by the Electronic Security Service at KOBİA
Access to trade networks

Mikro və kiçik sahibkarlıq subyektləri ticarət şəbəkələrinə çıxışa dəstək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər.


Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiq edilib. Qaydaya əsasən dəstək KOBİA tərəfindən təmin ediləcəkdir.

 

Dəstəkdən mikro və kiçik sahibkarlar istifadə edə bilərlər. Bu dəstək çərçivəsində ticarət obyektində sahibkarın istifadəsinə veriləcək satış yerinin ölçüsü 50 sm, məhsulların satış sahəsində yerləşdirilməsi müddəti isə 3 aydır. Mikro sahibkarlıq subyekti onun istifadəsinə verilən satış sahəsinə görə icarə haqqının 20%-ni, kiçik sahibkarlıq subyekti isə 50%-ni ödəyəcəkdir.


KOBİA tərəfindən ticarət obyektlərində icarəyə götürülən satış yerləri barədə məlumatlar Agentliyin rəsmi internet səhifəsində (www.smb.gov.az) yerləşdiriləcək.


Dəstəkdən faydalanacaq sahibkarların seçilməsi zamanı aşağıdakı meyarlar nəzərə alınacaqdır:

- məhsulun Azərbaycanda ilk dəfə istehsal olunması; 

- məhsulun idxalı əvəzləmək potensialı;

- məhsulun Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda istehsal edilməsi;

- sahibkarın ticarət şəbəkələrinə çıxış təcrübəsinin olmaması.


Ətraflı məlumat üçün: 131 Çağrı Mərkəzi

Powered by Froala Editor


Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi çərçivəsində ayrılmış satış yerləri

Adı

Ünvanı

Satılan məhsullar

1.

"Bolmart" supermarket

Bakı şəhəri, Səməd Vurğun küçəsi,60

Qablaşdırılmış qida məhsulları

2.

"Bizim market"

Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsi (Ayna Sultanovanın heykəlinin yaxınlığında)

Qablaşdırılmış qida məhsulları

Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 3/14

3.

"Şərq bazarı" Ticarət Mərkəzi

Bakı şəhəri, Xətai prospekti, 15

Qeyri-qida məhsulları (suvenir, hədiyyə, zərgərlik məhsulları, bijuteriya, oyuncaq və s.)

4.

"Binəqədi" bazarı

Bakı şəhəri, Əcəmi Naxçıvani küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsi

Kənd təsərrüfatı məhsulları

5.

"Bravo" hipermarket

Bakı şəhəri, Tbilisi prospekti, 3007-ci məhəllə (20 yanvar metrosunun yaxınlığı)

 

                                                            Qablaşdırılmış qida məhsulları

Bakı şəhəri, Heydər Əliyev prospekti, 172 (Koroğlu metrosunun yaxınlığı)


Bakı şəhəri, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 4


6.

“Megastore” ticarət şəbəkəsi

Bakı şəhəri, Nizami rayonu, 238-ci məhəllə, Bəhruz Nuriyev küçəsinin şərq hissəsi (Laçın Ticarət Mərkəzinin arxası)

Qablaşdırılmış qida məhsulları

 

Powered by Froala Editor