Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib
Ticarət şəbəkələrinə çıxış

Mikro və kiçik sahibkarlıq subyektləri ticarət şəbəkələrinə çıxışa dəstək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər.


Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiq edilib. Qaydaya əsasən dəstək KOBİA tərəfindən təmin ediləcəkdir.

 

Dəstəkdən mikro və kiçik sahibkarlar istifadə edə bilərlər. Bu dəstək çərçivəsində ticarət obyektində sahibkarın istifadəsinə veriləcək satış yerinin ölçüsü 50 sm, məhsulların satış sahəsində yerləşdirilməsi müddəti isə 3 aydır. Mikro sahibkarlıq subyekti onun istifadəsinə verilən satış sahəsinə görə icarə haqqının 20%-ni, kiçik sahibkarlıq subyekti isə 50%-ni ödəyəcəkdir.


KOBİA tərəfindən ticarət obyektlərində icarəyə götürülən satış yerləri barədə məlumatlar Agentliyin rəsmi internet səhifəsində (www.smb.gov.az) yerləşdiriləcək.


Dəstəkdən faydalanacaq sahibkarların seçilməsi zamanı aşağıdakı meyarlar nəzərə alınacaqdır:

- məhsulun Azərbaycanda ilk dəfə istehsal olunması; 

- məhsulun idxalı əvəzləmək potensialı;

- məhsulun Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda istehsal edilməsi;

- sahibkarın ticarət şəbəkələrinə çıxış təcrübəsinin olmaması.


Ətraflı məlumat üçün: 131 Çağrı Mərkəzi

Powered by Froala Editor

 

Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi çərçivəsində ayrılmış satış yerləri
№AdıÜnvanıSatılan məhsullar
1.“Megastore” ticarət şəbəkəsiBakı şəhəri, Səttar Bəhlulzadə küçəsi (Ayna Sultanovanın heykəlinin yaxınlığında)Qablaşdırılmış qida məhsulları
Bakı şəhəri, Nizami rayonu, 238-ci məhəllə, Bəhruz Nuriyev küçəsinin şərq hissəsi (Laçın Ticarət Mərkəzinin arxası)
2."Binəqədi" bazarıBakı şəhəri, Əcəmi Naxçıvani küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsiKənd təsərrüfatı məhsulları
3."Bravo" hipermarketBakı şəhəri, Tbilisi prospekti, 3007-ci məhəllə (20 yanvar metrosunun yaxınlığı)Qablaşdırılmış qida məhsulları
Bakı şəhəri, Heydər Əliyev prospekti, 172 (Koroğlu metrosunun yaxınlığı)
Bakı şəhəri, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 4


Powered by Froala Editor