Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb "Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck" KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır
KOB Model Müəssisə

KOB Model Müəssisə ilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasına qədər real biznes prosesini əyani müşahidə etməyə imkan verən məkandır. “Görmə, eşitmə və icra etmə” konsepsiyası əsasında fəaliyyət göstərən model müəssisə zəruri avadanlıqlarla təchiz olunub ki, bu da müasir texnoloji avadanlıqların fəaliyyətini əyani görməyə və nəzəri bilikləri istehsal prosesində təcrübədən keçirməyə imkan verir. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla yaradılmış model müəssisə Azərbaycan Texniki Universitetində fəaliyyət göstərir. 

KOB Model Müəssisənin xidmətlərindən istifadə etmək istəyən sahibkarlıq subyektləri aşağıdakı tələblərə cavab verməlidir: 

- KOB subyekti istehsalat ilə məşğul olmalıdır;

- İstehsalatda və istehsalatın idarə edilməsində müasir biliklərə yiyələnmək və tətbiq etmək istəyi olmalıdır.

Model Müəssisə tərəfindən keçirilən təlimlərdə sahibkarlarla yanaşı, aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələr və bu fənləri tədris edən müəllimlər də iştirak edə bilərlər. 

KOB Model Müəssisənin təlim proqramı ilə sahibkarlar qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, hazır məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın optimallaşdırılması, işçi qüvvəsinin istehsal prosesində bərabər paylaşdırılması, rəqabət qabiliyyətliliyinə dair bacarıqlarını artırmaqla müasir biliklərə yiyələnərək öz müəssisələrində tətbiq edirlər. 

Təlimlər aşağdakı mövzuları əhatə edir: 

- Dəyər, məsrəf və sahədə itki 

- ΚΡΙ-ΚΑΙ

- Standartlaşdırma

- Vaxtın ölçülməsi və müşahidə metodları

- 5S strategiyası

- Kaizen sistemi

- SMED

- Poka-Yoke, Jidoka

- JIT - Sinxronizasiya

- İtələmə-çəkmə sistemləri

- İdarəetmə strategiyası və davamlı inkişaf

Təlimləri uğurla tamamlamış və müvafiq biliklərə yiyələnmiş şirkət nümayəndələrinə sonrakı mərhələlərdə də KOB Model Müəssisənin heyəti və təlimçiləri tərəfindən dəstək davam etdiriləcək.

Model müəssisənin imkanlarından faydalanmaq istəyən sahibkarlar KOBİA-ya birbaşa (info@smb.gov.az və ya www.smb.gov.az saytının “Agentliyə birbaşa müraciət” bölməsi), eləcə model müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə bilərlər. Agentliyə daxil olan müraciətlər müvafiq bazaya əlavə ediləcək və tələblərə cavab verən sahibkarlar təlim proqramına uyğun olaraq mərhələli şəkildə təlimlərə cəlb olunacaqlar. 

Model Müəssisə tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. 

Ətraflı məlumat üçün: 131 Çağrı Mərkəzi.

Powered by Froala Editor