Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Gürcüstanın Biznes Assosiasiyası ilə görüş keçirilib KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair sənəd imzalanıb Azərbaycan startapları Vişeqrad investorlarının diqqətini çəkmək üçün yarışıb Bakıda 1-ci Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu keçirilib “İxrac Akademiyası” təlimində iştirakla bağlı müraciətlərin qəbuluna başlanılıb Beynəlxalq Biznes Festivalı davam edir KOBİA və bp KOB-ların neft-qaz şirkətlərinin təchizat zəncirində iştirakının genişləndirilməsinə dəstək göstərir “Yaşıl enerji” və təmiz ətraf mühit mövzusunda ictimai müzakirə təşkil olunub II Xəzər Su İnnovasiya Forumu keçirilib Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt qrupun iclası keçirilib
Qrant


III Qrant müsabiqəsi 
S/SKOB subyektinin adıLayihənin adı və qısa məzmunuLayihə üçün ayrılmış maliyyə vəsaiti (AZN)
  1.  Fərdi sahibkar Piriyev Təmleyxa Yusif oğlu"Loko" - izləmə cihazının hazırlanması, istehsalına başlanılması üçün işlərin həyata keçirilməsi, bazara çıxarılması və satışının həyata keçirilməsi20 000
2.     "Supply Chain Community" MMCSCC portalının qlobal bazar üçün təkmilləşdirilməsi. Müasir texnologiyaların tətbiqi ilə unikal və çox funksiyalı platformanın yaradılması, təchizat zəncirinin idarə edilməsi proseslərini bir platformada cəmləşdirməsi19 999
3.     "Kuleko" MMC"Kuleko" - yeni tipli, külək enerjisi turbinlərinin yaradılması. Minimal işlək məhsulun (MVP) yaradılması, müvafiq testlər çərçivəsində adaptasiya edərək külək turbinin hazır formaya çatdırılması19 653
4.     "E-Legal" MMC"E-Legal" - sahibkarlar və sahibkar olmaq istəyən şəxslər üçün innovativ, rəqəmsal və sürətli hüquqi həllər platforması. Hüquq xidmətlərinin göstərilməsini onlayn müstəviyə effektiv şəkildə gətirərək tam elektronlaşmış hüquq xidmətlər platformasının təkmilləşdirilməsi, sahibkarların bizneslərini dayanıqlı və sürətli şəkildə inkişaf etdirməsinə təşviq edən rəqəmsal həllərin təmin edilməsi19 574
5.     "Brightminds İnternational" MMC"artsale.az" portalının inkişafı. Azərbaycanda yaradıcı sektordan olan sahibkarlar, sənət adamları və xidmət göstərənlərə əlçatan satış, reklam, marketinq, tanıtım və təbliğat dəstəyinin təmin edilməsi18 200
6.     Fərdi sahibkar Nadirli Nadir Malik oğlu“KOB subyektlərinin fəaliyyətinin effektivliyinin ölçülməsi və effektivliyə təsir edən amillərin müəyyən edilməsi”. KOB subyektlərinin dayanıqlı inkişafa keçid mərhələsində necə idarə olunmasının effektivliyinin qiymətləndirilməsi19 899
7.     Fərdi sahibkar Əhmədov İlham Bəşir oğlu“KOB-ların innovativ fəaliyyəti üzrə beynəlxalq təcrübənin öyrənilməsi, tövsiyələrin hazırlanması”. İnkişaf etmiş ölkələrdə kiçik sahibkarlıq subyektlərində innovasiya prosesinin effektivliyini müəyyən edən institusional, iqtisadi, texnoloji, metodik, təşkilati amillərin təhlili, onların təcrübəsinin öyrənilməsi, bu təcrübədən milli KOB-ların faydalanmasını təmin etmək, Azərbaycanda kiçik innovativ biznesin formalaşması və inkişafı üçün konkret təkliflərin hazırlanması19 243
8.     Fərdi sahibkar Məmmədova Fatimə Nizami qızı“Faza” dəyişən materiallardan istifadə etməklə Günəş Panellərinin soyudulması və effektivliyinin artırılması. Yeni növ material vasitəsi ilə günəş panellərinin effektivliyinin önəmli ölçüdə gücləndirilməsi20 000
9.     Fərdi sahibkar Abdullayev Seymur Zahir oğlu"STECH" EV (elektrik) və PHEV (plugin hybrid) avtomobillərin qida blokunun hazırlanması. Elektron aksesuar və yardımçı qurğuların yerli istehsal analoqları ilə əvəz edilməsi19 998
10.   Fərdi sahibkar Sultanov Malik Hətəm oğlu"Agroficient" - kənd təsərrüfatında suvarma səmərəliliyinin artırılması üçün ağıllı su-depolayıcı materialın hazırlanması. Kənd təsərrüfatının inkişafı üçün ən önəmli faktorlardan biri olan suvarmanın səmərəliliyinin artırılması və bu sahədə fermerlərə dəstək göstərilməsi19 900
11.   "Edtesk" MMC"Enthouse" - ağıllı idarəetmə sisteminin hazırlanması. Sistemin istixanalara, damcı suvarma sistemlərinə və balıq fermalarına tətbiqi19 968
12.   Fərdi sahibkar Məmmədova Rəbiyyə İlqar qızı"Sapla" Akademiyası. Cənub bölgəsində qadın sahibkarların bilik və bacarıqların artırılması, onların sahibkarlıq fəaliyyətinə texniki dəstəyin göstərilməsi, məhsul və xidmətlərinin satışı üçün sosial müəssisənin, sərgi-mağazanının açılması 19 982
13.   Fərdi sahibkar Balayev Rəsul Ənvər oğlu“Mikro, kiçik və orta biznesin Dağlıq Şirvan iqtisadi rayonunun inkişafında rolunun artırılması”. İqtisadi rayonda KOB-ların inkişafı və təşviqi üzrə təklif və tövsiyələrin hazırlanması, onların həyata keçirilməsi imkanlarının qiymətləndirilməsi19 992

 

II Qrant müsabiqəsi
S/SKOB subyektinin adıLayihənin adı və qısa məzmunuLayihə üçün ayrılmış maliyyə vəsaiti (AZN)
1.Fərdi sahibkar Paşayeva Maarifə Gündüz qızı"Doc-Shop" onlayn sənəd databazası. Sahibkarlıq fəaliyyəti üçün zəruri olan sənədləri professional şəkildə hazırlanmaqla, onları vahid onlayn platformaya yerləşdirmək və sahibkarlara əlçatan etmək.17444
2."Robotronics" MMCAzərbaycan dilində audio/video faylların mətnə avtomatik çevrilmə sistemi. Hər hansı bir informasiya daşıyıcısına yazılmış danışığı mətnə çevirməyə imkan verən proqram təminatının hazırlanması.19964
3.Fərdi sahibkar Bədəlova Günel İsa qızıTullantı sularından elektrik enerjisi istehsal edən qurğu. Tullantı sularından enerji əldə etmək məqsədilə ixtira olunan qurğunun KOB subyektlərinin istifadəsi üçün nümunəsinin hazırlanması.18590
4."VASCO LAB" MMCİşğaldan azada olunmuş ərazilərdə "Ağıllı Şəhər konsepsiyası" - İoT cihazlar vasitəsi ilə tullantıların ağıllı yolla toplanması və emalı.  İoT texnologiyasına əsaslanaraq tullantıların  ağıllı yolla idarə olunması və toplanması sisteminin hazırlanması.19345
5.Fərdi sahibkar Gündüz Osman Mehdi oğluAzərbaycanın startap ekosisteminin inkişafina dəstək. Milli startap ekosistemin inkişafı üçün münbit şəraitin yaradılması, ekosistem iştirakçıları üçün nəzərdə tutulan platformanın yenilənməsi inkişaf etdirilməsi,  "Startap" şəhadərtnaməsi əldə edən startapların mövcud durumunun analizi, ekosistemin inkişafına yönələn təkliflərin hazırlanması.19482
6."Gələcək İZ" MMCMüxtəlif təyinatlı avadanlıqlarda və texnikalarda “əşyaların intellekti”. Kənd təsərrüfatında və məişətdə istifadə olunan smart əşyaların, müxtəlif texnikaların, avadanlıqların və innovativ texnologiyaların hazırlanması, proqramlaşdırılması və təşviqi.18551
7."G AND İ Consulting Group" MMCData əsaslı doğru qərar vermə imkanlarını artıra bilən onlayn “Ağıllı Data Analitika Platforması”.  Maliyyə, xidmət, istehsalat, nəqliyyat və logistika sektorları üzrə dataları oxuya, vizuallaşdıra və proqnozlaşdıra bilən platormanın hazırlanması və təşviqi.19000
8.“Bakı Tekstil Fabriki” MMCAzərbaycan istehsalı olan – yerli brend tekstil məhsullarının Avropa bazarına ixrac imkanlarının genişləndirilməsi. Fabrik tərəfindən istehsal olunan tekstil məhsullarının Avropa bazarına ixrac qabiliyyətinin artırılması üçün tələb olunan sertifikatların alınmasına və bunun üçün  istehsal prosesinin təkmilləşdirilməsi, işçilərin bacarıqlarının və səriştəsinin artırılması.19862
9.Fərdi sahibkar Yağubov Səyavuş Əhəd oğlu“Varroa Killer” arıçılıq təsərrüfatlarında varroa gənəsinə qarşı mübarizə. Arıçılıq təsərrüfatlarında məhsuldarlığın artırılması üçün sublimator avadanlığının hazırlanması və təşviqi. 19750
10.“FABO” MMCKOB-ların uçot və hesabatlılığını sadələşdirən və mühüm biznes proseslərini avtomatlaşdıran proqram təminatının hazırlanması. 19384
11.Fərdi sahibkar İmanov Nazim Müzəffər oğluAzərbaycanda sosial sahibkarlığın inkişafı üzrə təklif və tövsiyələrin hazırlanması. Son illərdə aktuallaşan sosial sahibkarlığın ölkəmizdə formalaşdırılması mexanizminin elmi əsaslarının yaradılması.17300
12.RIHAND MMCQadın sahibkarları innovativ və rəqəmsal həll ilə əlaqələndirmək, bizneslərinin dayanıqlığının, inkişafının və yeni qadın sahibkarlıq subyektlərinin yaradılmasını asanlaşdırmaq məqəsdilə rəqəmsal platformanın hazırlanması.19845


 

I Qrant müsabiqəsi
S/SKOB subyektinin adıLayihənin adı və məzmunuLayihə üçün ayrılmış maliyyə vəsaiti (AZN)Layihənin icra edildiyi regionlarİcranın nəticəsi
1Fərdi sahibkar Sulxayev Rafael Aydın oğlu"YOLL" layihəsi  - Yükdaşımaları və sərnişindaşımaları sahəsində innovativ və rəqəmsal həll ilə sahibkarları əlaqələndirmək, nəqliyyat sahəsində qeyri-leqal fəaliyyətin rəsmi sahibkarlıq fəaliyyətinə keçidini təmin etmək19883,2Bakı, Gəncə, Zaqatala, Balakən, Qax, Şəki, Qəbələ, Quba, LənkəranBazarda mövcud olan nəqliyyat xidməti sahələri araşdırılmış, proqram təminatının texniki tapşırığı hazırlanmış, layihənin proqram təminatının icrası həyata keçirilmiş və test edilmiş, Zaqatala şəhərində regional ofis qurulmuşdur.
2Fərdi sahibkar Əsgərzadə Elmar Etibar oğluDaxiliyanma mühərrikləri üçün yanacaq sərfiyyatını azaldan nanomaterial19930BakıTriboloji xassələri yüksək olan ekoloji təmiz nanomaterial əldə olunmuş, məhsulun tətbiq olunduğu mexanizmlərdə mühərrik sürtünmə 30 faizədək azaldılmış, layihənin nəticələri akselerator proqramına qəbul olunmuş, xarici investisiyaya çıxış təmin edilmişdir. 
3“Kercom” MMC“Kercom” MMC-nin Sabirabad Sənaye Məhəlləsində yerləşən  qablaşma müəssisəsinə İSO 22000 beynəlxalq sertifikatının  alınması məqsədilə daxili infrastrukturun inkişafı və elektron idarəetmə sisteminin yaradılması layihəsi19979SabirabadŞirkətin bal məhsulları assortimentinə əsasən çənlər və xammalın hazırlanması sistemi yaradılmış, istehsal sahəsi və anbar seksiyası yaradılmış, müasir innovativ proqram təminatı tətbiq edilmişdir. 
4“İnnovasiya Mərkəzi” MMC"İnnobrand" layihəsi - Azərbaycanda biznezlə məşğul olan qadın sahibkarlara innovativ marketinq, PR, sürətli satış, brendləşmə xidmətlərinin tətbiqinə dəstək18067BakıLayihə müddətində sorğular aparılmış, KİV-də layihə haqqında məlumatlar işıqlandırılmış,  layihə bitdikdən sonra sahibkarın öncə və sonra maliyyə dəyərləndirilməsi sənədləri hazırlanmış, layihə müddətində 25 KOB subyektində satış limitinin ölçülməsi sorğuları keçirilmiş, layihədə nəzərdə tutulan brendləşdirmə və marketinq dəstəyi ilə əlaqədar zəruri video materiallar hazırlanmış, yekun məhsulun alınmasında tətbiq edilmişdir.
5Fərdi sahibkar Qədəşov Ayxan Arif oğlu“W-ball” cihazına (elektron təmizləyici cihaz) ABŞ və Avropa patentlərinin alınması və istehsalına dəstək19790Bakı, Beynəlxalq bazarlar (ABŞ, Avropa)Cihazın prototipi hazırlanmış, cihaza ABŞ və Avropa patentləri alınmış, cihazın istehsalı təşkil edilmiş və xarici bazarlarda (Avrasiya və ABŞ) təşviqinə dəstək göstərilmişdir.
6“Lavanda Dessert” MMC"Mən də peşə sahibi olum" layihəsi - Qadınların məşğulluğunun təmin edilməsinə dəstək göstərmək, 20 nəfər qadına şirniyyat və un məmulatlarının hazırlanması təlimlərini vermək, onları peşə sahibi etmək, əmək bazırında iştirakını təmin etmək18945Xırdalan20 nəfər xanıma şirniyyat və un məmulatlarının hazırlanması təlimi keçirilmiş, həmin xanımlar peşə sahibinə çevrilmiş və onların əmək bazarındakı iştirakı təmin edilmiş, iştirakçılara müştərilərlə ünsiyyət, gigiyena, məhsulun maya dəyərinin hesablanması, satış texnikası, onlayn satış kimi bir çox nəzəri biliklər verilmişdir.
7Fərdi sahibkar Qədirov Namiq Qurban oğluİstənilən yumşaq oyuncağı ağıllı oyuncağa çevirən qurğu və proqram təminatı layihəsi19900Bakıİstənilən yumşaq oyuncağa inteqrasiya oluna bilən kontroller sistemi hazırlanmış, müvafiq platanın dizaynı, sifarişi və onun proqram təminatı yüklənmiş, mobil tətbiqetmənin yeni versiyası hazırlanmışdır (Android və əlavə olaraq IOS əməliyyat sistemləri üçün). Konsepsiyaya uyğun olaraq, cihazın yekun prototipi hazırlanmış, “Crowdfunding” platformaları vasitəsilə vəsait cəlbinə hazırlıq: “Indiegogo”, “Kickstarter” kimi məşhur platformalarda ilkin sifarişlərin uğurla qəbulu məqsədilə müvafiq platformaların və marketinq araşdırmaları aparılmışdır.
8“AQROMETR” MMCFındıq qərzəyindən üzvü gübrə kimi istifadənin prespektivləri19461,93Zaqatala, Qəbələ, XaçmazFındıq qərzəyinin kimyəvi tərkibinin laboratoriyada analizi və kimyəvi tərkibi təhlil edilmiş, fındıq qərzəyindən hazırlanmış çürüntünün ətraf mühitə təsirinin qiymətləndirilməsi üçün laborator diaqnostika aparılmış, fındıq qərzəyinin üzvi gübrəyə çevrilmə prosesi təşkil edilmiş və izlənilmişdir.
9“3D Texnologiya” MMC3D porterləri üçün xammal hesab edilən flamentin istehsal edilməsi üzrə tullantı plastik materialların təkrar emalını təmin edən dəzgahın hazırlanması15802,5BakıPlastik tullantılardan filament istehsal edən dəzgah hazırlanmış, dəzgah sınaqdan keçirilmiş, plastik tullantıların təkrar emalı təmin edilmiş və filament istehsal edilmişdir.
10“Core Pro” MMC“Pizza vending” layihəsi -     pizza bişirən aparatın hazırlanması19890Bakı2 ədəd “Pizza vending” pizza bişirən robot aparatı hazırlanmış, aparat test edilmişdir.
11"Əmir Texniki Xidmətlər" MMCBal arılarını gənələrdən təmizləmək üçün qurğunun yaradılması17300Bakı, Gəncə və ətraf regionlarQurğu nümunəsinin işçi xarakteristikası və parametrləri dəqiq müəyyən edilmiş, günəş batareyaları ilə elektrik enerjisi almaqla bərabər, həm də qurğunun yan divarlarından birini və üst hissəsini şəffaf materialdan hazırlamaqla termokamera üçün əlavə istilik əldə edilmiş, yaradılmış maketi Azərbaycanın milli brend qurğusuna çevirmək və istehsala hazırlamaq üçün layihə-smeta sənədləri tərtib edilmişdir.
12Fərdi sahibkar Kazımzadə Orxan Şahin oğlu"OSHE-02" layihyəsi - Külək enerjisindən qidalanan kiçik ölçülü şarj cihazının yaradılması14210,4Şirvan,BakıCihaz hazırlanaraq müxtəlif məkanlarda və avtomobillərdə sınaqdan keçirilmiş, məhsul yerli bazara uyğunlaşdırılmış və əlavə olaraq beynəlxalq bazarlara çıxış işləri aparılmışdır.
13"Ağ Yelkən Metodolgiya və Tədris Mərkəzi" MMCMəktəbəhazırlıq və ibtidai təhsil pilləsində oxuyan uşaqlarda xüsusi öyrənmə pozuntularının (disleksiya, disqrafiya,disalkuliya və diqqət defisti sindiromları) aşkarlanması, diaqonstinikası və müdaxilə strategiyaları üzrə müəllimlər və psixoloqlar üçün peşəkar inkişaf     proqramının yaradılması20000BakıYerli kvalifikasiya standartlarına uyğun Azərbaycan və rus dilində proqram tərtib edilmiş, müəllimlər üçün Azərbaycan və rus dilində metodiki vəsait hazırlanmış, valideynlər üçün disleksiya, disqrafiya, diskalkuliya və diqqət defisiti sindromu üzrə Azərbaycan dilində maarifləndirici materiallar hazırlanmışdır.
14“Eltac Medkil Gözəllik” MMCRegionlarda və Bakı şəhərində qadınların məşğulluğunun artırılması istiqamətində peşə hazırlığı kurslarınnın təşkil edilməsi19581,5Bakı, Gəncə, Daşkəsən, ŞəmkirLayihənin hazırlıq mərhələsi, kursların təşkili üçün məkan və 20 nəfərdən ibarət iştirakçı seçilmiş, rayonlarda həftənin iş günləri olmaqla kursların birinci hissəsində 45 gün müddətində nəzəri və ikinci hissədə 45 gün müddətində təcrübi kurslar keçirilmiş, kursların ikinci təcrübi hissəsinin sonunda seçilmiş 10 nəfərə Bakı şəhərində ustad dərsi keçirilmiş, rayonlarda iştirakçılara sertifikatlar verilmişdir.

Powered by Froala Editor

Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrin maliyyələşdirilməsi “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydaya uyğun olaraq müsabiqələrin təşkili yolu ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir. 

 

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOB subyektlərinə) aid olan istənilən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müsabiqədə iştirak etmək hüququna malikdir. Hər bir şəxs hər müsabiqə çərçivəsində yalnız 1 (bir) layihə təqdim etmək hüququna malikdir. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz.

 

Müsabiqənin keçirilməsi barədə elan və onun nəticələri haqqında məlumatlar mütəmadi olaraq KOBİA-nın www.smb.gov.az rəsmi internet saytında yerləşdiriləcək, o cümlədən bu barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyət məlumatlandırılacaq.

 

Müsabiqəyə təqdim olunmuş layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə məbləğinin dəyəri 20 min manatadək müəyyən edilib və nağdsız qaydada ödənilir.

 

Layihələrin müsabiqə yolu ilə seçilməsi KOBİA tərəfindən şəffaflıq, bərabərlik, səmərəlilik və nəticəlilik meyarlarının üstünlüyü prinsiplərinə riayət olunmaqla həyata keçiriləcəkdir.

 

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı sənədlərlə elektron formada (info@smb.gov.azvə ya kağız daşıyıcılarda birbaşa Agentliyə (AZ1069, Bakı şəhəri, Mustafa Kamal Atatürk prospekti, 134) müraciət edə bilərlər:

  • Ərizə forması;
  • Müsabiqəyə təqdim olunan layihə;
  • Layihənin büdcəsinin maliyyə əsaslandırılması;
  • KOB subyekti olan fiziki şəxsin, yaxud hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərin surətləri; 
  • Müraciət edən hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surətləri.

 

Əlavə məlumat üçün: (+994 12) 404 04 01, 131 Çağrı Mərkəzi


Təqdimatı yüklə

Powered by Froala Editor

Elm layihələrinin maliyyələşdirilməsi müsabiqəsi mikro, kiçik və orta sahibkarlıq sahəsində elmi biliklərin tətbiqi, KOB subyektlərinin elmi biliklərinin yaranması və inkişafı məqsədilə təşkil olunur.

 

Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə aşağıda qeyd olunan sahələr üzrə elm layihələrinin maliyyələşdirilməsini həyata keçirir:

 

- innovativ elm layihələrinin tətbiqi yolu ilə KOB subyektlərinin fəaliyyətinin gücləndirilməsi;

 

- elmi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların ictimai birlikləri, həmçinin elmi fəaliyyətin iştirakçıları ilə qarşılıqlı əməkdaşlıq nəticəsində KOB subyektlərinin fəaliyyətinin gücləndirilməsi;

 

- mikro, kiçik və orta sahibkarlığın inkişafına istiqamətləndirilmiş fəaliyyəti əks etdirən elmi işləri əhatə edən layihələr;

 

- KOB subyektlərinin sənaye və texnologiyalar parkları, texnoloji transfer mərkəzləri, biznes inkubatorları və bu tipli müəssisələr ilə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi;

 

- mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən respublika, regional və beynəlxalq səviyyəli elmyönümlü konfrans, simpozium, seminar və digər tədbirlərin Azərbaycan Respublikasında təşkili və keçirilməsi, habelə xaricdə elm sahəsində keçirilən tədbirlərdə iştirakın dəstəklənməsi.

Powered by Froala Editor

Dəstək layihələrinin maliyyələşdirilməsi müsabiqəsi mikro, kiçik və orta sahibkarlığın inkişafı, bu sahədə tətbiq olunan yeni mexanizmlərin, innovativ layihələrin həyata keçirilməsi, KOB subyektlərinin faydalanacağı layihələrin icrası, startap layihələrinin dəstəklənməsi məqsədilə təşkil olunur.

 

Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə aşağıda qeyd olunan sahələr üzrə dəstək layihələrinin maliyyələşdirilməsini həyata keçirir:

 

- beynəlxalq təcrübənin öyrənilməsi, audit, sənədləşmə, patentlərin alınması, menecment və logistik xidmətlərinin təşkili;

 

- KOB subyektləri tərəfindən istehsal olunan məhsulların analizi və testi məqsədilə laboratoriya xidmətlərinin təşkilinə dəstək;

 

- KOB subyektlərinin fəaliyyətində kadr potensialının gücləndirilməsi məqsədilə ölkədə və xaricdə keçirilən tədbirlərdə iştiraka dəstək;

 

- istehsal olunan məhsulların xarici bazarlara çıxışına dəstək məqsədilə ilk dəfə qeyri-neft məhsullarını ixrac edən KOB subyektlərinə sənədləşmədə və tələb olunan sertifikatların alınmasında dəstək;

 

- innovativ sahibkarlığı təşviq edən startapların qeydiyyatına, istehsal məhsullarının (xidmətlərin) satışına, patentləşdirilməsinə və xarici bazarlarda təşviq olunmasına dəstək;

 

- KOB subyektlərinin yüksək texnoloji və innovativ imkanlardan faydalanmasına, fəaliyyətində müvafiq texnologiyaların tətbiqinə və zərurət olduğu halda, həmin subyektlərə ekspert ayrılmasına dəstək.

Powered by Froala Editor

Təhsil layihələrinin maliyyələşdirilməsi müsabiqəsi mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirak edilməsi, habelə KOB subyektlərinin və onların işçilərinin maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunur.

 

Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə aşağıda qeyd olunan sahələr üzrə təhsil layihələrinin maliyyələşdirilməsini həyata keçirir:

 

tədris-metodik maarifləndirici vəsaitlərin hazırlanması;

 

müxtəlif seminar, konfrans, təlim, treninq və praktiki təcrübə proqramlarının hazırlanması və təşkil edilməsi, habelə tədris, konsaltinq və maarifləndirmə dəstəyinin göstərilməsi;

 

startapçılar, sahibkar qadınlar, əlilliyi olan şəxslər və gənclər arasında sahibkarlığın təşviqi üçün tədbirlərin təşkili və biliklərin verilməsi;

 

KOB subyektlərinin ali təhsil və peşə təhsili müəssisələrində tədris prosesinə cəlb edilməsi;

 

KOB subyektlərinin ehtiyaclarına uyğun olan ixtisaslı kadrların hazırlanması və təkmilləşdirilməsi məqsədilə təhsil müəssisələri ilə birgə layihələrin hazırlanması.

 

Powered by Froala Editor

Tədqiqat layihələrinin maliyyələşdirilməsi müsabiqəsi mikro, kiçik və orta sahibkarlığın innovativ inkişafına, KOB subyektlərinin fəaliyyətinə, iş proseslərinə təsir edən ixtira, faydalı model, texnoloji yenilik, sənaye nümunələrinin elmi cəhətdən öyrənilməsi, araşdırılması, tədqiqat aparılması, bu sahələr üzrə təlim və seminarların təşkil edilməsi və keçirilməsi, habelə təhsil müəssisələri ilə əlaqələrin qurulması məqsədilə təşkil olunur.

 

Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə aşağıda qeyd olunan sahələr üzrə tədqiqat layihələrinin maliyyələşdirilməsini həyata keçirir:

 

- KOB subyektlərinin innovativ inkişafını əhatə edən tədqiqat işlərinin aparılması;

 

- KOB subyektləri tərəfindən istehsalat sahəsində tədqiqat işlərinin aparılması və nəticələrinin tətbiq edilməsi;

 

- mikro, kiçik və orta sahibkarlığın inkişafı məqsədilə maraqlı şəxslərin tədqiqat sahəsində iştirakının stimullaşdırılması məqsədilə təlim və seminarların təşkil edilməsi və keçirilməsi;

 

- mikro, kiçik və orta sahibkarlığın, habelə KOB subyektlərinin inkişafına, onların istehsalının artırılmasına və fəaliyyətinin genişləndirilməsinə yönəldilmiş layihələr;

 

- KOB subyektlərinin istehsal fəaliyyətinə təsir göstərən vasitələrin öyrənilməsi və ya xüsusiyyətlərinin araşdırılması və tədqiq edilməsi üçün həyata keçirilən layihələr;

 

- tədqiqat və istehsalat sahələrinin qarşılıqlı fəaliyyətinin effektivliyinin artırılması, tədqiqat sahəsində təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi.

Powered by Froala Editor