Bakıda keçiriləcək İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş İİB-in Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026 (AZHAB Forum) birgə təşkil olunacaq. HELF və AZHAB Forumunun güclü tərəflərini bir araya gətirəcək tədbir qlobal halal iqtisadiyyatın gələcəyi ilə bağlı dialoq, tərəfdaşlıq və əməkdaşlıq üçün unikal müzakirə platforması yaradacaq.
Tədbir iyunun 16-da İİB Qrupunun İllik Toplantıları çərçivəsində keçiriləcək Özəl Sektor Forumu (PSF 2026) daxilində təşkil olunacaq.
Qeyd edək ki, AZHAB Forumu artıq üçüncü dəfədir keçirilir. Forum haqqında ətraflı məlumatı www.azhabforum.az səhifəsindən əldə etmək olar.
Powered by Froala Editor