Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub 21.09.26
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub

RIYADA nümayəndə heyətinə vahid məkanda sahibkarlara xidmət modeli olan KOB evi barədə məlumat verilib.  

Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun (RIYADA) nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub.

RIYADA-nın sədri Halima Al Zarinin rəhbərlik etdiyi heyət KOB evində sahibkarlara xidmətin göstərilməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub, “G2B” və “B2B” xidmətlərin təşkili ilə bağlı fikir mübadiləsi aparıb. Nümayəndə heyətinə məlumat verilib ki, KOB evlərində sahibkarlara müxtəlif dövlət və özəl qurumların xidmətlərinin vahid məkanda təqdim olunması onların vaxtına və əməliyyat xərclərinə qənaət etməyə, xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan verir. Hazırda KOB evləri Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Ümumilikdə KOB evlərində sahibkarlara 35 dövlət qurumu tərəfindən 300-dən çox “G2B” və 13 özəl təşkilat tərəfindən 160 “B2B” xidmət təqdim olunur.

Həmçinin RIYADA nümayəndə heyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi ilə görüşüb. Görüşdə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı və dövlət dəstəyi alətləri barədə məlumat verilib, KOB-ların inkişafı üzrə həyata keçirilən siyasət və təcrübə, eləcə də KOB sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Powered by Froala Editor