Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar qiymətli kağızlar bazarının üstünlükləri barədə məlumatlandırılıblar İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər
Sahibkarlar qiymətli kağızlar bazarının üstünlükləri barədə məlumatlandırılıblar 26.10.26
Sahibkarlar qiymətli kağızlar bazarının üstünlükləri barədə məlumatlandırılıblar

Növbəti “İnvestisiya səyahəti” tədbiri Sabirabadda təşkil olunub. 

Biznes subyektlərinin alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir bu dəfə Sabirabad şəhərində təşkil edilib.

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi, Bakı Fond Birjası və Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə mütəşəkkil kapital bazarı və yaratdığı imkanlar, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının imkanları və qiymətli kağızlar bazarı mövzularında təqdimatlar olub.

Qeyd edək ki, bundan öncə “İnvestisiya səyahəti” tədbiri Masallı, Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay, Şəmkir, Naxçıvan, Quba, Şəki, Zaqatala, Şirvan, Qusar, Mingəçevir və Ağsu şəhərlərində təşkil olunub.  

Powered by Froala Editor