Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarlarının məhsulları “MÜSİAD EXPO” və “Halal Expo” sərgilərində nümayiş olunub Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupunun növbəti iclası keçirilib Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib İnsanların işini asanlaşdıracaq yeni startaplar Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupunun iclası keçiriləcək KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarları “MÜSİAD EXPO”da iştirak edirlər Sosial sahibkarlığa dair təlim keçirilib Qazaxıstan sahibkarları Azərbaycanda biznes subyektlərinə göstərilən dəstək tədbirləri barədə məlumatlandırılıb “KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Göyçayda ELAN
İlk “KOB Dostu” sahibkarların xidmətində 19.11.18
İlk “KOB Dostu” sahibkarların xidmətində

“Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) xidməti barədə sahibkarların geniş məlumatlandırılması məqsədilə Masallı Sənaye Məhəlləsində keçirilmiş tədbirdə özəl bölmənin təmsilçiləri ilə yanaşı, “KOB könüllüləri”, aidiyyəti yerli təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, dövlət başçısının 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu sahənin inkişafına göstərilən mühüm dəstək tədbirlərindəndir. Agentlik tərəfindən kiçik və orta sahibkarlığın inkişafı, onlara dəstəyin və müvafiq xidmətlərin göstərilməsi üçün “KOB Evi”, “KOB Dostu”, “KOB könüllüləri” və s. kimi yeni mexanizmlər tətbiq olunacaq. Agentliyin əsas məqsədinin kiçik və orta sahibkarların dostuna çevrilmək olduğunu vurğulayan Orxan Məmmədov bu baxımdan Masallı Sənaye Məhəlləsində yaradılmış ilk “KOB Dostu”nun önəmli mexanizmlərdən olduğunu diqqətə çatdırıb, Agentliyin fəaliyyət istiqamətləri, “KOB Dostu”nun sahibkarlara göstərəcəyi xidmətlər barədə geniş məlumat verib.

Bildirilib ki, “KOB Dostu”nun fəaliyyəti yeni kiçik və orta biznes sahələrinin yaranmasına, kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə regionun potensialının reallaşdırılmasına yönəldiləcək. Bu məqsədlə potensial investisiya layihələri müəyyən ediləcək və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq olunacaq. “KOB Dostları”nın fəaliyyətinin digər önəmli istiqaməti KOB-lara onların dayanıqlı inkişaf tələblərinə uyğun çoxsahəli dəstəyin göstərilməsidir. Belə ki, bu istiqamətdə fəaliyyət həm mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsinə və onlara KOB-ların maneəsiz və rahat çıxışının təmin edilməsinə, həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin göstərəcəyi çoxsaylı dəstək mexanizmlərinin tətbiqinə yönələcəkdir. “KOB Dostları” kiçik və orta biznesin hüquqlarının müdafiəsi istiqamətində də fəaliyyət göstərəcək. Eyni zamanda, sahibkarlarla sıx əlaqələr qurulacaq və “KOB Dostları” onların inkişaf ehtiyaclarını sorğular vasitəsilə öyrənəcək. Bu isə həmin tələblərə operativ reaksiyanı təmin etməyə imkan verəcək. Masallı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlar “KOB Dostu”nun xidmətlərindən istifadə edə bilərlər. Məlumat verilib ki, ölkənin digər şəhər və rayonlarında da sahibkarlara dəstək məqsədilə “KOB Dostu” mərkəzləri yaradılcaqdır. Ümumilikdə 10 iqtisadi rayon üzrə 60 “KOB Dostu” şəbəkəsi yaradılacaq.

Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı çıxışında ilk “KOB Dostu”nun Masallıda fəaliyyətə başlamasından məmnunluğunu bildirib, Masallıda Sənaye Məhəlləsinin və “KOB Dostu”nun fəaliyyətə başlamasının regionun inkişafına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, regionun sənaye potensialının uğurla reallaşdırılmasına öz töhfəsini verəcəyini vurğulayıb.

Sonra “KOB Dostu” ilə bağlı təqdimat keçirilib. Təqdimatda “KOB Dostu”nun ümumi fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə ətraflı məlumat verilib.

Sahibkarlar “KOB Dostu” Mərkəzi ilə də tanış olublar. Məlumat verilib ki, mərkəzdə “KOB Dostu”nun fəaliyyəti və sahibkarlara müvafiq xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb, mərkəz texniki avadanlıqlar, internet və digər kommunikasiya vasitələri, eləcə də zəruri maarifləndirici məlumatlarla təmin olunub. “KOB Dostu” mərkəzində fəaliyyət göstərəcək “KOB könüllüləri” mərkəzə müraciət edən sahibkarlara operativ şəkildə yardımçı olacaq, onlara texniki və s. dəstək göstərəcəkdir.

“KOB Dostu” mərkəzi ilə tanış olan sahibkarlar ilk “KOB Dostu”nun Masallıda fəaliyyətə başlamasından məmnunluqlarını bildirib, “KOB Dostu”nun göstərəcəyi çoxsaylı xidmətlərin sahibkarların işini daha da asanlaşdıracağını, biznes fəaliyyətinin qurulmasında və inkişafında əhəmiyyətli olacağını qeyd edib, özəl bölmənin inkişafına göstərdiyi hərtərəfli dəstəyə, tətbiq olunan yeni dəstək mexanizmlərinə görə Azərbaycan Respublikası Prezidentinə təşəkkürlərini bildiriblər.

Masallı rayonunda fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələri isə “KOB Dostu”na müraciət edən sahibkarlara və yeni biznesə başlayacaq şəxslərə müvafiq sahələrlə bağlı lazımi dəstək və köməklik göstərəcəklərini qeyd ediblər.

“KOB Dostu” ilə tanışlıq zamanı sahibkarları maraqlandıran suallar da cavablandırılıb.


Powered by Froala Editor