Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Qadınlar üçün biznes inkubatorların yaradılması onların bilik və bacarıqlarının artırılmasında mühüm alətlərdəndir 07.11.20
Qadınlar üçün biznes inkubatorların yaradılması onların bilik və bacarıqlarının artırılmasında mühüm alətlərdəndir

Noyabrın 6-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən “Qadın biznes inkubatorlarının yaradılmasının təşviqi” mövzusunda vebinar təşkil olunub.

Onlayn formatda keçirilmiş vebinarda Bakı, Sumqayıt, Xaçmaz, Quba, Qusar, İsmayıllı, Qəbələ və digər şəhər və rayonlarından 30-a yaxın qadın sahibkar iştirak edib. Tədbirdə KOB inkişaf mərkəzlərinin (KOBİM) nümayəndələri, Azərbaycan Sahibkarlar Konfederasiyasının və Azərbaycan Mikromaliyyə Assosiasiyasının ekspertləri tərəfindən ölkəmizdə qadın sahibkarlığının inkişafı məqsədilə həyata keçirilən tədbirlər və proqramlar, qadın sahibkarlara dəstək məqsədilə biznes inkubatorların yaradılmasının əhəmiyyəti barədə məlumat verilib, qadın biznes inkubatorlarının yaradılmasının təşviqinə dair müzakirələr aparılıb.

Vebinarda həmçinin, Bakı, Sumqayıt, Yevlax və Xaçmaz KOB inkişaf mərkəzlərinin fəaliyyəti, bu mərkəzlərdə qadın sahibkarların bilik və bacarqıalarının artırılması istiqamətində göstərilən xidmətlər, eləcə də KOBİM-lərin əhatə etdiyi regionlarda iqtisadi təşəbbüskarlığın reallaşdırılmasında qadın sahibkarların rolu iştirakçıların diqqətinə çatdırılıb.

Powered by Froala Editor