Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək Milli Qurtuluş Günü ilə bağlı KOBİA-da tədbir keçirilib Sahibkarlar üçün birgə maliyyələşdirmə proqramı “Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib Sahibkarların müraciət və təklifləri dinlənildi Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib KOBİA heyəti Slovakiyada biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində görüşlər keçirib İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib
Şamaxıda “KOB Dostu” fəaliyyətə başlayıb 10.07.19
Şamaxıda “KOB Dostu” fəaliyyətə başlayıb

İyulun 10-da Şamaxıda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sayca 14-cü “Kiçik və Orta Biznesin Dostu” - “KOB Dostu” fəaliyyətə başlayıb.

Bununla bağlı Şamaxıda fəaliyyət göstərən sahibkarların və dövlət qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Respublikası Prezidentinin “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun olaraq, kiçik və orta biznesin inkişafı, KOB-lara göstərilən dəstək tədbirləri, eləcə də Agentliyin fəaliyyəti barədə məlumat verib. Vurğulanıb ki, “KOB Dostu” Agentliyin kiçik və orta sahibkarlara mühüm dəstək mexanizmlərindəndir və 2018-ci ilin sentyabrından etibarən tətbiq olunur. Şamaxı rayonu da daxil olmaqla artıq KOB dostları ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta sahibkarların təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafı, KOB-ların hüquqlarının müdafiəsi kimi istiqamətlərdə sahibkarlara informasiya, məsləhət, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə, təlim-tədris və digər xidmətlər göstərir. Ölkənin kənd təsərrüfatı və turizm rayonlarından olan Şamaxının kiçik və orta biznesin inkişafı baxımından böyük potensiala malik olduğunu qeyd edən Orxan Məmmədov bu iqtisadi potensialın reallaşdırılmasında KOB dostlarının rolunu qeyd edib. Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən KOBİA rəhbəri ölkənin digər şəhər və rayonlarında da KOB dostlarının fəaliyyət göstərəcəyini bildirib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlət başçısının uğurlu sosial-iqtisadi siyasəti nəticəsində regionların inkişaf etdiyini vurğulayıb, bölgələrdə sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi üçün əlverişli imkanların yaradıldığını bildirib. Qeyd olunub ki, Dağlıq Şirvan iqtisadi rayonu üzrə Şamaxıda fəaliyyətə başlayan ilk “KOB Dostu” sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün faydalı olacaqdır.

Sonra “KOB Dostu” konsepsiyası ilə bağlı təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Tədbir iştirakçıları həmçinin, Şamaxı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində “KOB Dostu” ofisi ilə tanış olublar. “KOB Dostu” ofisində sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Burada “KOB könüllüləri” də fəaliyyət göstərir.

Powered by Froala Editor