Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb "Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck" KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır Biznes müqavilələri Məqsədimiz “NooshCard”ı ölkə üzrə şirkətlər üçün standart həllə çevirməkdir – MÜSAHİBƏ Sahibkarların müraciətləri dinlənilib
Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanır 15.08.19
Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanır

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyindən yararlananlar arasında sahibkarlarla yanaşı, hazırladığı əl işləri ilə ölkəmizin tarixini və mədəniyyətini təbliğ edən sənətkarlar da var. Əl işlərinin tanıdılmasına və satışına, sərgilərdə iştirakına dəstək göstərilməsi üçün KOBİA-ya müraciət edən Cavid Eyyubov belə sənətkarlardandır.

Ağac üzərində oymaçılıqla məşğul olan Cavid Eyyubov Agentliyin dəstəyi ilə Gədəbəydə keçirilən Milli Yaylaq Festivalı çərçivəsində öz əl işlərini təqdim edib.

Cavid Eyyubov: “Milli Yaylaq Festivalında əl işlərim yerli və xarici qonaqlar tərəfindən maraqla qarşılandı. Xüsusilə də Azərbaycan abidələri və milli musiqi alətləri ilə bağlı əl işlərimə maraq böyük idi. Sərgi oymaçılıq sənətinin təbliğində, əl işlərimin tanıdılmasında faydalı oldu”.

Qeyd edək ki, KOBİA bu il Bakıda və ölkə regionlarında təşkil edilən bir sıra sərgi və festivallarda mikro, kiçik və orta sahibkarların, o cümlədən sənətkarların iştirakına, öz məhsullarını tanıtmasına və satışına, eləcə də işgüzar əlaqələrinin genişləndirməsinə dəstək göstərib.

Powered by Froala Editor