Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznes müqavilələri Məqsədimiz “NooshCard”ı ölkə üzrə şirkətlər üçün standart həllə çevirməkdir – MÜSAHİBƏ Sahibkarların müraciətləri dinlənilib “KOB könüllüləri” proqramına maraq artmaqda davam edir Biznes tərəfdaşlığı proqramı çərçivəsində təlimlər keçirilir Bu ilin ötən dövründə 35 “Startap” şəhadətnaməsi verilib Vergi güzəştləri ilə böyüyən startaplar: “BillKill” və “OnWay” Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən sahibkarların nəzərinə! Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub
16 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçəcək 14.01.19
16 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçəcək

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumuna uyğun olaraq, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2019-cu ildə də sahibkar və menecerlər Almaniyada təcrübə keçəcəklər.

Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyanın tədris mərkəzlərində ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr qururlar.

Almaniya-Azərbaycan birgə Proqramına əsasən, 16 sahibkar və menecerdən ibarət ilk qrup 25 mart – 19 aprel 2019-cu il tarixlərində Almaniyanın Hamburq şəhərində yerləşən “Beynəlxalq Akademiya” Tədris Mərkəzində təlim və istehsal müəssisələrində təcrübə keçəcək.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində qrup üzvlərinin səfərə hazırlığı, onların məlumatlandırılması məqsədilə görüş keçirilib. Tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Nadir Adilov və qurumun digər əməkdaşları sahibkarların nəzəri biliklərinin artırılması, müasir idarəetmə təcrübəsinə yiyələnməsi, peşə-hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib, sahibkar və menecerlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, indiyədək 379 sahibkar və menecer “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.

Powered by Froala Editor