Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznes müqavilələri Məqsədimiz “NooshCard”ı ölkə üzrə şirkətlər üçün standart həllə çevirməkdir – MÜSAHİBƏ Sahibkarların müraciətləri dinlənilib “KOB könüllüləri” proqramına maraq artmaqda davam edir Biznes tərəfdaşlığı proqramı çərçivəsində təlimlər keçirilir Bu ilin ötən dövründə 35 “Startap” şəhadətnaməsi verilib Vergi güzəştləri ilə böyüyən startaplar: “BillKill” və “OnWay” Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən sahibkarların nəzərinə! Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub
17 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçib 23.04.19
17 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı lə ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətləri təmsil edən 17 sahibkar və menecer Almaniyada ixtisasartırma kursunu uğurla başa çatdırıb.

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində kənd təsərrüfatı, istehsal və emal sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər 25 mart – 19 aprel tarixlərində Almaniyanın Hamburq şəhərində yerləşən “Beynəlxalq Akademiya” Tədris Mərkəzində təlim, istehsal müəssisələrində isə təcrübə keçiblər. Belə ki, sahibkar və menecerlərin Almaniyanın “KIN” Qida İnstitutuna səfəri təşkil edilib, kənd təsərrüfatı, meşəçilik, kimya sənayesi sahələrində fəaliyyət göstərən alman şirkətlərində görüşlər keçirilib.

Təlim müddətində həmçinin, hər iki ölkənin adət-ənənələri ilə tanışlıq məqsədilə mədəni tədbirlər də təşkil olunub.

Məlumat üçün bildirək ki, indiyədək 402 sahibkar və menecer Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumuna uyğun olaraq, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.

İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 20 sahibkar və menecerdən ibarət növbəti qrup 11 iyun - 6 iyul tarixlərində Almaniyada təlim və təcrübə keçəcəkdir.

Powered by Froala Editor