Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb 13.07.26
2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər əsasən KOB evlərində göstərilən xidmətlər, biznesə başlanması və sahibkarlığın inkişaf etdirilməsi üçün dəstək alətləri ilə bağlı olub.  


Cari ilin yanvar-iyun aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 131 Çağrı Mərkəzinə 4649 zəng daxil olub. Müraciətlər əsasən KOB evlərində dövlət və özəl təşkilatlar tərəfindən sahibkarlara göstərilən xidmətlər, biznesə başlanması və sahibkarlığın inkişaf etdirilməsi üçün dəstək tədbirləri, “Startap” şəhadətnaməsi, investisiya təşviqi sənədi, güzəştli maliyyə dəstəyi, işğaldan azad olunmuş ərazilərdə biznes fəaliyyəti, həmçinin KOBİA-nın fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib. 


Müraciətlərin əksəriyyəti canlı rejimdə cavablandırılıb, araşdırma tələb edən məsələlər üzrə isə Agentliyin aidiyyəti strukturları tərəfindən müvafiq məlumat verilib. 


Çağrı Mərkəzinə daxil olan müraciətlərin əsas hissəsi Bakı şəhərinin payına düşüb. Digər müraciətlər isə əsasən Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Gəncə-Daşkəsən və Şəki-Zaqatala iqtisadi rayonlarından daxil olub.


131 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək mümkündür. Çağrı Mərkəzi canlı rejimdə, qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Powered by Froala Editor