Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
300-dən çox təlim, 700-dən artıq məsləhət xidməti, 150-yə yaxın biznes planın hazırlanmasına dəstək 14.07.23
300-dən çox təlim, 700-dən artıq məsləhət xidməti, 150-yə yaxın biznes planın hazırlanmasına dəstək

2023-cü ilin birinci yarısında KOBİA 3 mindən çox KOB subyekti və biznesə başlamaq istəyən şəxsə təlim və məsləhət xidməti göstərib.

Bu ilin birinci yarısında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarların, biznesə başlamaq istəyənlərin və startapların biznes biliklərinə yiyələnməsi və mövcud biliklərinin artırılması üçün 308 təlim keçirilib. Agentliyin ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB inkişaf mərkəzləri tərəfindən təşkil olunan təlimlər biznesə başla, layihə idarəetməsi, maliyyənin idarə olunması, satış, marketinq, rəqəmsal bacarıqlar, “yaşıl iqtisadiyyat” və digər mövzuları əhatə edib. 

Bu dövrdə 13 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnməsi üçün “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib. 

Agentliyin video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 244 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb. 

KOB inkişaf mərkəzləri tərəfindən satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 729 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib. 

Ümumilikdə, 2023-cü ilin I yarısında Agentliyin KOB subyektlərinin biznes biliklərinin artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 3 mindən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb. 

KOBİA bu ilin birinci yarısında kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 148 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək olub. 

 

Powered by Froala Editor