Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daxili bazar araşdırmasının istiqaməti nəyə əsasən müəyyən edilir? WUF13 çərçivəsində KOBİA panel müzakirə təşkil edəcək Regionlarda sahibkarlarla sahəvi görüşlər davam edir WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar Ümummilli Liderə həsr edilmiş intellektual oyun keçirilib Mikro, kiçik və orta sahibkarlar üçün audit məcburidir? KOBİA-da sahibkarların növbəti qəbulu keçirilib Sahibkarlığın hansı hüquqi formaları mövcuddur? Siyəzəndə sahibkarlarla biznesin inkişafına dair təklif və ehtiyacları müzakirə edilib Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə!
6-cı qrant müsabiqəsinə layihə təqdim etmək istəyən KOB-lar üçün vebinar təşkil olunub 18.10.24
6-cı qrant müsabiqəsinə layihə təqdim etmək istəyən KOB-lar üçün vebinar təşkil olunub

KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş onlayn tədbirdə 6-cı qrant müsabiqəsi ilə bağlı 70-dən çox KOB subyektinə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dair elan edilmiş 6-cı qrant müsabiqəsi ilə bağlı məlumatlandırıcı tədbir keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən onlayn tədbirdə müsabiqə ilə bağlı sahibkarlıq subyektlərinə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

70-dən çox KOB subyektinin iştirakı ilə təşkil olunmuş tədbirdə KOBİA-nın Biznesə xidmətlər departamentinin əməkdaşları müsabiqənin şərtləri və layihələrin qiymətləndirilməsi prosesi barədə təqdimatlarla çıxış ediblər. Qeyd olunub ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqəyə KOB-ların inkişafı ilə bağlı təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələr təqdim oluna bilər. Hər bir şəxs hər müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim edə bilər. Layihələr müvafiq qurumların nümayəndələrindən və müstəqil ekspertlərdən ibarət Ekspert Komissiyası tərəfindən qiymətləndirilir. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği maksimum 20 min manatdır. Layihələrin qiymətləndirilməsi zamanı onun KOB-ların inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin həyata keçirilməsi üçün tələb olunan müvafiq maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürüləcəkdir. 

Məlumat üçün bildirək ki, 6-cı qrant müsabiqəsinə sənəd qəbulu 23 oktyabr 2024-cü il saat 18:00-dək davam edəcək. Müsabiqəyə sənəd qəbulu elektron formada (info@smb.gov.az) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə müraciət formasında həyata keçirilir. Ətraflı məlumat üçün: https://bit.ly/40pm5y3 

Powered by Froala Editor