Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
800-dən çox biznes subyekti və potensial sahibkar biznes təlimlərdən yararlanıb 16.04.24
800-dən çox biznes subyekti və potensial sahibkar biznes təlimlərdən yararlanıb

2024-cü ilin I rübündə sahibkarlar və biznesə başlamaq istəyənlər üçün 75 təlim keçirilib, 200-dən çox məsləhət xidməti göstərilib, 150-dən artıq biznes plan hazırlanıb.

Cari ilin yanvar-mart ayları ərzində KOB subyektlərinin biznes biliklərinin artırılması və sahibkarlığa dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 75 təlim təşkil olunub. Təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq əsasən satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması və digər mövzuları əhatə edib.

Bu dövrdə 13 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnmək üçün KOBİA-nın əlaqələndiricisi olduğu “Almaniya ilə biznes əməkdaşlığı Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib. Agentliyin video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 45 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.

Ümumilikdə 2024-cü ilin I rübündə Agentliyin təşkilatçılığı ilə keçirilən təlimlərdən 800-dən çox biznes subyekti və potensial sahibkar yararlanıb. 

Bu dövrdə 208 sahibkarlıq subyektinə biznesin qurulması və inkişaf etdirilməsi üzrə məsləhət xidməti göstərilib. KOBİA 152 biznes planın hazırlanması üçün KOB subyektlərinə dəstək olub. 

Powered by Froala Editor