Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
ABŞ-ın müvafiq təşkilatları Azərbaycanın biznes imkanları barədə məlumatlandırılıb 06.07.22
ABŞ-ın müvafiq təşkilatları Azərbaycanın biznes imkanları barədə məlumatlandırılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi Vaşinqtonda Xəzər Siyasəti Mərkəzi tərəfindən təşkil olunmuş görüşdə iştirak edib. 


Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın regiondakı aparıcı rolu, ölkə iqtisadiyyatı, əlverişli biznes və investisiya potensialı, o cümlədən işğaldan azad edilmiş Qarabağda biznes imkanları, KOBİA-nın xarici iş adamlarına göstərdiyi dəstək barədə məlumat verib. Qeyd olunub ki, Qarabağda biznes qurmaq üçün KOBİA-ya daxil olmuş müraciətlər arasında ABŞ şirkətləri də var.


Həmçinin görüşdə Azərbaycan və ABŞ iş adamları arasında birbaşa əlaqələrin qurulması, qarşılıqlı biznes missiyaların təşkili və digər birgə təşəbbüslər də nəzərdən keçirilib. 

Powered by Froala Editor