Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
AQEM-in Baş katibi KOBİA-da olub 17.01.25
AQEM-in Baş katibi KOBİA-da olub

Görüşdə AQEM yanında İşgüzar Şuraya KOBİA-nın sədrliyi dövründə şura çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb. 

Görüşdə Asiya ölkələri ilə iqtisadi əməkdaşlığın gücləndirilməsi və biznesin dəstəklənməsi müzakirə edilib. AQEM yanında İşgüzar Şuraya KOBİA-nın sədrliyi dövründə Şura çərçivəsində həyata keçiriləcək tədbirlərin prioritet istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2025-2026-cı illərdə AQEM-ə Azərbaycanın sədrliyi dövründə İşgüzar Şuraya KOBİA rəhbərlik edəcəkdir. 

Powered by Froala Editor