Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı?
Azərbaycan 47-ci Beynəlxalq Bağdad Yarmarkasında iştirak edir 15.01.24
Azərbaycan 47-ci Beynəlxalq Bağdad Yarmarkasında iştirak edir

47-ci Beynəlxalq Bağdad Yarmarkasında KOBİA da təmsil olunur.

İraqın Bağdad şəhərində 47-ci Beynəlxalq Bağdad Yarmarkası (47th Baghdad International Fair) keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan şirkətləri sözügedən tədbirə qatılıb.

"Made in Azerbaijan" vahid ölkə stendində Azərbaycanın çay, bitki yağları, qənnadı məmulatları, kolbasa və sosis məhsulları, nar şirəsi, limonad və mineral sular, konservlər və digər məhsullar nümayiş olunur. Stenddə B2B görüşlər üçün ayrılmış xüsusi yerlərdə Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirir, məhsul ixracına dair müzakirələr aparırlar.

Stenddə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və AZPROMO da təmsil olunur. Burada ziyarətçilərə sahibkarlara göstərilən dəstək və xidmətlər, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verilir, müvafiq çap materialları təqdim edilir.

Qeyd edək ki, yanvarın 19-dək davam edəcək yarmarkada 20 ölkədən 800-dən çox şirkət iştirak edir.

Powered by Froala Editor