Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb "Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck"
Azərbaycan aqroturizm sahəsində böyük potensiala malikdir 17.02.22
Azərbaycan aqroturizm sahəsində böyük potensiala malikdir

Fevralın 17-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Kənd təsərrüfatına göstərilən dövlət yardımının səmərəliliyini və effektivliyini artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin potensialının artırılması” tvinninq layihəsi çərçivəsində “Azərbaycanda kənd yerlərinin inkişafı və milli aqroturizm sisteminin yaradılmasına dair seminar keçirilib. 

Aidiyyəti dövlət qurumlarının və Avropa İttifaqının Azərbaycandakı Səfirliyinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə çıxış edənlər tvinninq layihəsi çərçivəsində aqroturizm və kənd yerlərinin inkişafı üzrə görülən işlər, Avropa təcrübəsi, Azərbaycanda aqroturizmin inkişaf potensialı, bu sahədə siyasət və dövlət dəstək tədbirləri barədə məlumat veriblər. 

Tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, ölkəmizdə aqroturizm geniş potensiala malikdir. Qarabağa böyük qayıdış, "ağıllı kənd" layihələri və "ağıllı kənd təsərrüfatı" konsepsiyasının reallaşdırılması bu sektorun inkişafına əlavə təkan verəcəkdir. Azərbaycanda turizm sektorunun bütün sahələrinin inkişafına xüsusi diqqət yetirilir və bu sektor post-pandemiya dövründə iqtisadi artımın sürətləndirilməsi baxımından prioritet sahələrdən biri kimi müəyyən edilib. KOBİA da turizm sahəsində mikro, kiçik və orta sahibkarlığın inkişafı, onların potensialının artırılması istiqamətində tədbirlər görür. Belə ki, sektor çərçivəsində yeni bazar imkanlarını öyrənmək niyyətində olan biznes subyektləri KOBİA tərəfindən təmin edilən daxili bazar araşdırmasından, daha çox turist cəlb etmək üçün aqrar sektorda innovativ yanaşmaların tətbiqində maraqlı olanlar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant proqramından faydalana bilərlər. Aqroturizm sektorunda çalışmaq istəyən sahibkarlar bilik və bacarıqlarının artırılması üçün KOB inkişafı mərkəzlərinin təlim, məsləhət və digər xidmətlərindən, elektron təlim platformasından, eləcə də Agentliyin digər dəstək və xidmətlərindən istifadə edə bilərlər. 

Powered by Froala Editor