Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilir 04.04.23
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilir

KOBİA-nın da dəstək göstərdiyi sərgi yerli və xarici şirkətlərə öz xidmətlərini təqdim etməyə imkan verir.

Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2023”) Sərgisi öz işinə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sərgiyə dəstək göstərən qurumlar sırasındadır. 

Sərginin açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, pandemiya dövründə ən çox neqativ təsirlərə məruz qalmış sahələrdən olan turizm sektoru bərpa olunmaqdadır. Bu yaxınlarda pandemiya ilə bağlı tətbiq olunan bir sıra məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar da sektorun dirçəlişinə müsbət təsir göstərəcək. Üç illik fasilədən sonra keçirilən “AİTF 2023” Sərgisi yerli və xarici şirkətlərə öz xidmətlərini təqdim etməyə imkan verir. 

Orxan Məmmədov KOBİA-nın turizm sektorunda fəaliyyət göstərən biznes subyektlərinə göstərdiyi dəstək və xidmətlər, o cümlədən Agentliyin tərəfdaş qurumlarla birgə həyata keçirdiyi kənd qonaq evləri layihəsi barədə də məlumat verib. Əhatə dairəsi genişləndiriləcək layihənin yerli sakinləri sahibkarlıq fəaliyyətinə təşviq etdiyi və gəlirlərinin artmasına müsbət təsir göstərdiyi vurğulanıb. 

Qeyd: Yerli və xarici şirkətlərin turizm xidmətlərinin təqdim olunduğu sərgi aprelin 6-dək davam edəcək. Sərgi çərçivəsində ikitərəfli görüşlər, fotosərgi, səyahət blogerləri ilə bağlı tədbir, “Turizm sahəsinin mütəxəssisi ol” mövzusunda panel müzakirə də keçiriləcəkdir. 

Powered by Froala Editor