Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub “İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda 2024-cü ilin ən fəal sahibkarları mükafatlandırılıb KOBİA-da vətəndaş qəbulu keçirilib Göyçayda keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkası KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib Rəqəmsallaşmaya töhfə verən yeni startaplar Sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası Göyçayda keçirilir
Azərbaycan Halal Biznes və Turizm Forumu başa çatıb 09.10.24
Azərbaycan Halal Biznes və Turizm Forumu başa çatıb

AZHAB Forumu çərçivəsində panel müzakirələr də təşkil olunub. 

Azərbaycan Halal Biznes və Turizm Forumu (AZHAB Forum) çərçivəsində panel müzakirələr də təşkil olunub. 

Tədbirin ilk günü keçirilən “Qlobal halal sənayenin formalaşmasında KOB-ların rolu” mövzusunda paneldə İslam Ticarət və İnkişaf Palatasının (ICCD) Baş katibi Yusif Xələvi, İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk, Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyinin direktorunun birinci müavini Muxtor Şonazarov, İslam Biznesi Beynəlxalq Assambleyasının prezidenti Marat Kabayev, Avstraliyanın “Globothink” şirkətinin icraçı direktoru İrşad Kader, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Ərəb-Braziliya Ticarət Palatasının İnstitusional əlaqələr üzrə direktoru Fernanda Baltazar və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Emin Dostiyari bölgənin böyüyən KOB sektorunun inkişaf perspektivləri və KOB-lar üçün halal sənayedə imkanlara dair fikirlərini bölüşüblər. 

“Halal sənayesində davamlılıq: yaşıl yeni halaldırmı?” mövzusundakı paneldə ekologiya və iqlim dəyişikliyi mövzularına yeni perspektivdən yanaşılaraq “halal yaşıl” anlayışı barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, cəmiyyətlər ətraf mühit tədbirlərini halal standartlarına uyğunlaşdırmaqla ekoloji məqsədləri dəstəkləyə, davamlı inkişafı təşviq edə və qlobal bazarda mövqelərini yaxşılaşdıra bilərlər. Bu panel üzrə təşkil olunmuş müzakirələrdə Nigeriyanın İslam İşləri üzrə Ali Şurasının sədri Nur Sani Hanqa, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Pakistanın Halal İnkişaf Şurasının icraçı direktoru Asad Səccad, Malayziyanın dini işlər üzrə keçmiş naziri Mücahid Yusuf, KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev, Silikon Vadisi İqlim Dəyişikliyi İnstitutunun direktoru Mohammad Minhac Xoxar və KOBİA-nın şöbə müdiri Anar Yusifzadə məruzələrlə çıxış edib, iştirakçıların suallarını cavablandırıblar. 

“Regionun halal turizm potensialı” mövzusundakı paneldə Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərova, İslam ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) Baş katibliyinin mütəxəssisi Yasin Zulfikaroğlu, Britaniya İslam Ticarət Assosiasiyasının icraçı direktoru Valid Cahangir, Pakistanın Beynəlxalq İslam Halal, Mədəniyyət, Sosial və Ruhani Elmlər İnstitutunun Baş direktoru Mufti Naim Şahid, Azərbaycan Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov, Bosniya və Herseqovinanın Halal Keyfiyyət Sertifikasiyası və Təhlili Departamentinin şöbə müdiri Kemal Seyraniç bölgədə halal turizmin potensialı, bölgənin zəngin mədəniyyəti və qonaqpərvərliyi ilə halal turizm sahəsindəki imkanları birləşdirmək barədə fikirlərini bölüşüblər. 

Forumun ikinci günü keçirilən “Halal standartlaşdırma: problemlər və çağırışlar” mövzusunda paneldə Karaçi Universitetinin Beynəlxalq Kimya və Bioloji Elmlər Mərkəzinin professoru Syed Qulam Muşarraf, SMIIC-in Baş katibi İhsan Övüt, Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru İlham Bayramov, Türkiyənin Halal Akkreditasiya Agentliyinin İdarə Heyətinin sədri Zafer Soylu, Fələstin Standartlar İnstitutunda İKT departamentinin direktoru Omar İsbaitan, Malayziya Beynəlxalq İslam Universitetinin Beynəlxalq Halal Araşdırma və Təlim İnstitutunun professoru İrvandi Yasvir halal standartlar, bu sahədə çağırışlar, halal sertifikatlaşdırmanın önəmi, mövcud çətinliklər və imkanlar barədə fikirlərini bölüşüblər. 

“MDB regionunda halal ekosistemin inkişafında çətinliklər” mövzusuna həsr olunmuş paneldə İslam Maliyyəsi üzrə Rusiya Ekspertlər Assosiasiyasının məsul katibi Madina Kalimullina, İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov, Pakistanın SANHA Halal Assosiasiyasının icraçı direktoru Mufti Yusuf Abdul Razzaq, Birləşmiş Krallığın İslam Maliyyəsi üzrə Məsləhət və Təminat Xidmətlərinin icraçı direktoru Fərrux Raza, İqtisadi Resursların öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyevin iştirakı ilə MDB məkanında halal ekosistemin inkişafına, halal bazarın imkanlarına dair müzakirələr aparılıb. 

“İslam maliyyəsi və investisiya: regionda etik bankçılıq və maliyyə imkanları”na dair panel müzakirədə isə məruzəçilər – Türkiyə İştirakçı Banklar Birliyinin Baş katibinin müavini Fatma Çinar, İslam Maliyyəsi üzrə Rusiya Ekspertlər Assosiasiyasının məsul katibi Madina Kalimullina, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva, KOBİA-nın şöbə müdiri Anar Yusifzadə, “Uniblock” İKT Korporasiyasının səlahiyyətli nümayəndəsi Marat Xafizov İslam bankçılığı, onun cəmiyyətə və iqtisadiyyata təsirləri və regionun maliyyə imkanları barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıblar. 

Forum çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) və Britaniya İslam Ticarət Assosiasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Həmçinin, AZHAB Forumunun təşkilinə göstərdikləri dəstək üçün könüllülərə sertifikatlar təqdim edilib. 

Qeyd: AZHAB Forumu İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, “Caspian Event Organisers” MMC, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, İslam Ticarət və İnkişaf Palatası (ICO), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutunun (SMIIC) dəstəyi ilə keçirilib. İki gün davam edən forum konfrans və sərgi olmaqla iki hissədən ibarət olub. Konfrans çərçivəsində müxtəlif panel müzakirələr təşkil olunub. Sərgidə isə Azərbaycan və xarici ölkələrdən qida, tekstil, xidmət, İKT, təhsil və s. sektorlarda fəaliyyət göstərən 30-a yaxın şirkətin məhsul və xidmətləri nümayiş olunub. Forumda ümumilikdə 20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak ediblər.

Powered by Froala Editor