Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu çərçivəsində panel müzakirələr təşkil olunub 18.11.22
Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu çərçivəsində panel müzakirələr təşkil olunub

Bakıda keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunun ikinci günü "Gələcəyin əsas oyunçuları: Qlobal sahibkarlar" və "Unikorna gedən yol: İnvestorların gözləntiləri" mövzularında panel müzakirələr təşkil olunub. 

 

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş panellərdə dünyada sahibkarlığın artan rolu, bu sahədə yeni trendlər, innovativ inkişaf, startapların maliyyələşdirilməsi, investorların startaplardan gözləntiləri kimi mövzular ətrafında çıxışlar edilib, müzakirələr aparılıb. 

 

Həmçinin forum çərçivəsində startapların təqdimatları davam edib, iş adamları, investorlar və startaplar arasında ikitərəfli görüşlər keçirilib. 

 

Qeyd edək ki, Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu Azərbaycan Respublikasının İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilib.

 

Powered by Froala Editor