Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Azərbaycan-İsveçrə Birgə Komissiyasının növbəti iclası keçirilib 14.12.22
Azərbaycan-İsveçrə Birgə Komissiyasının növbəti iclası keçirilib

Dekabrın 13-də Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası keçirilib.


İclada çıxış edən Birgə Komissiyanın həmsədrləri - iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsveçrə Konfederasiyasının Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bollinger ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlıq imkanlarına dair məlumat veriblər. 


Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və İsveçrə arasında inkişaf edən əlaqələrin özəl sektorda tərəfdaşlıq üçün əlverişli zəmin yaratdığını qeyd edib, KOBİA-nın bizneslərin əlaqələndirilməsi istiqamətində fəaliyyəti barədə məlumat verib. 


İclasda ticarət, investisiya, sənaye, kənd təsərrüfatı, enerji, rəqəmsal iqtisadiyyat, turizm və digər sahələrdə əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub, iclas iştirakçılarının təklifləri dinlənilib.


Sonda Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclasının protokolu imzalanıb. Sənəddə iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının müxtəlif sahələr üzrə inkişafı nəzərdə tutulur.

Powered by Froala Editor