Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
Azərbaycan məhsulları “Global Village” Beynəlxalq Yarmarkasında sərgilənir 06.01.21
Azərbaycan məhsulları “Global Village” Beynəlxalq Yarmarkasında sərgilənir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər çərçivəsində hər il ənənəvi olaraq keçirilən “Global Village” Beynəlxalq Yarmarkasında “Azərbaycan” pavilyonu ilə tanış olublar.

KOBİA və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin təşkilatçılığı, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan” pavilyonunda bir sıra yerli şirkətlərin məhsulları – meyvə-tərəvəz, meyvə şirələri, kompotlar, bal, çay, mürəbbə, şirniyyat, konservləşdirilmiş məhsullar, xalçalar, kəlağayı, milli suvenirlər və s. “Made in Azerbaijan” brendi ilə nümayiş olunur.

Sərgi ilə tanışlıq çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun “Global Village” yarmarkasının rəhbər şəxsləri ilə görüşündə “Azərbaycan” pavilyonuna ziyarətçilər tərəfindən böyük marağın olduğu, növbəti illərdə pavilyonun genişləndirilməsi potensialı vurğulanıb.

Qeyd edək ki, 1996-cı ildən təşkil olunan “Global Village” hazırda dünyanın ən böyük beynəlxalq yarmarkalarından hesab olunur. Hər il oktyabr ayından növbəti ilin aprel ayınadək təşkil olunan yarmarkada KOBİA-nın dəstəyi ilə Azərbaycan şirkətləri 2019-cu ildən təmsil olunur.

Powered by Froala Editor