Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Azərbaycan - Misir biznes forumu keçirilib 25.02.22
Azərbaycan - Misir biznes forumu keçirilib

 

Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində Azərbaycan-Misir biznes forumu keçirilib.

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov biznes forumun iş adamları arasında əməkdaşlığın təşviqi üçün əlverişli platforma olduğunu, Agentliyin biznes nümayəndələri arasında birgə təşəbbüsləri dəstəkləməyə hazır olduğunu vurğulayıb, KOBİA-nın fəaliyyəti, iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib. 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş forumda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, tibb, tikinti, informasiya texnologiyaları, maliyyə və s. sektorlarda fəaliyyət göstərən iş adamları iştirak edib. 

Powered by Froala Editor