Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Azərbaycan sahibkarları Moldovaya səfərə dəvət olunub 10.10.22
Azərbaycan sahibkarları Moldovaya səfərə dəvət olunub





Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Moldova nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinə Moldovanın Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin dövlət katibi Sergiu Gherciu, İnvestisiya Agentliyinin baş direktoru Marin Ciobanu, Kənd Təsərrüfatının İnkişafı və Müasirləşdirilməsi Agentliyinin direktoru Maksim Popop və digərləri daxildir. 


Görüşdə hər iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafına və bu sahədə birgə təşəbbüslərə dair fikir mübadiləsi aparılıb, KOBİA nümayəndələri və yerli sahibkarlar Moldovaya səfərə dəvət olunub. 

 

Powered by Froala Editor