Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
Azərbaycan sahibkarlarının təqribən 23 faizini qadınlar təşkil edir 13.11.25
Azərbaycan sahibkarlarının təqribən 23 faizini qadınlar təşkil edir

Cari il ərzində 32 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib ki, onlardan 5-i qadındır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a verilən məlumata görə, 2025-ci ildə KOBİA tərəfindən təşkil olunmuş 7-ci qrant müsabiqəsi çərçivəsində qrant vəsaiti almış KOB subyektlərindən 10-u qadın sahibkardır. Cari ildə KOBİA-nın təşkil etdiyi biznes təlimlərdən və məsləhət xidmətlərindən ümumilikdə 900-dən çox qadın sahibkar və biznesə başlamaq istəyən qadınlar yararlanıb.

Ümumilikdə qlobal səviyyədə, eləcə də Azərbaycanda qadın sahibkarların davamlı iqtisadi inkişafa və məşğulluğa töhfəsi artmaqdadır. Qadınlar biznes yaratmağa və özünüməşğulluğa daha çox maraq göstərir. Azərbaycan sahibkarlarının təqribən 23 faizini qadınlar təşkil edir. Qadın sahibkarlar əsasən xidmət, ticarət, sənaye və s. sektorlarda fəaliyyət göstərirlər.

KOBİA qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə cəlb olunması, sahibkarlar arasında qadınların payının artırılması üçün bir sıra dəstək və xidmətlər göstərir.

Belə ki, qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün KOBİA-nın təlim, məsləhət, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi və digər dəstək və xidmətlərindən faydalanırlar.

Qadınların sahibkarlıq fəaliyyəti, bu sahədə yeniliklər, dövlət dəstəyi tədbirləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq agentlik tərəfindən maarifləndirici tədbirlər təşkil olunur. Həmçinin tərəfdaş qurumlarla birgə qadınların biznes fəaliyyətinə cəlb edilməsi və inkişafını dəstəkləyən ünvanlı layihələr həyata keçirilir.

Cari ildə də davam etdirilən “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsindən 70-dən çox qadın faydalanıb. Layihə çərçivəsində müxtəlif sektorları təmsil edən qadın sahibkarlar üçün təlimlər, ofis və istehsalat ziyarətləri, dövlət qurumlarında görüşlər, master-klasslar və digər tədbirlər təşkil olunub.

https://azertag.az/xeber/azerbaycan_sahibkarlarinin_teqriben_23_faizini_qadinlar_teskil_edir-3849335

Powered by Froala Editor