Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Azərbaycan – Türk İş Adamları Forumu keçiriləcək 19.06.20
Azərbaycan – Türk İş Adamları Forumu keçiriləcək

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Türkiyənin Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin (MÜSİAD) birgə təşkilatçılığı ilə iyun ayında virtual formatda Azərbaycan - Türk İş Adamları Forumunun keçirilməsi planlaşdırılır.

Forumun məqsədi gənc sahibkarlara, startaplara məlumat mübadiləsi və əməkdaşlıq imkanı yaratmaq, ticarət və biznes əlaqələrinin genişləndirilməsinə dəstək olmaqdır.

Tədbirdə Türkiyənin turizim, inşaat, tekstil, ekologiya (yaşıl enerji), qida sənayesi, ictimai iaşə, enerji, multimedia, təhsil, konsaltinq, hüquq, logistika və s. sahələrdə fəaliyyət göstərən 90-a yaxın şirkətinin iştirakı nəzərdə tutulur.

Onlayn foruma qatılacaq yerli sahibkarlar biznes əlaqələrini genişləndirmək, Türkiyənin biznes təcrübəsini öyrənmək, bu bazara çıxış imkanları ilə tanış olmaq imkanı əldə edəcəklər.

Tədbirdə həmçinin, biznes sahəsində təcrübəli mütəxəssislərin müxtəlif biznes istiqamətləri üzrə yeniliklər, pandemiya dövründə yaranmış problem və imkanlar, post-pandemiya dövründə biznesin inkişaf mərhələləri üzrə fikirləri ilə tanış olmaq mümkün olacaq.

Onlayn forumda iştirak etmək üçün https://forms.yandex.ru/u/5ee0d2f78f27ef18cc411528/ keçidinə daxil olmaqla qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatdan keçdikdən sonra təşkilatçılar sizinlə əlaqə yaradacaqlar.

Qeydiyyat üçün son tarix: 25 iyun 2020

Əlavə məlumat və suallarınız üçün aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:

E-poçt:Office@gswyouth.org

Telefon: (+994 12) 597 48 86

WhatsApp: (+994 50) 971 69 70.

Powered by Froala Editor