Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
Azərbaycan və İordaniya KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi üçün sənəd imzalanıb 27.11.25
Azərbaycan və İordaniya KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi üçün sənəd imzalanıb

Anlaşma Memorandumuna əsasən KOBİA və JEDCO KOB sahəsində əməkdaşlığı gücləndirəcək və bizneslər arasında yeni tərəfdaşlıqların qurulmasını təşviq edəcəklər.

 

Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində KOB sahəsində əməkdaşlığın inkişafına, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və bizneslər üçün yeni imkanların yaradılmasına yönəlmiş Anlaşma Memorandumu imzalanıb.


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İordaniyanın Sahibkarlığın İnkişafı Korporasiyası (JEDCO) arasında imzalanmış sənəddə iki ölkənin KOB-ları arasında əməkdaşlığın gücləndirilməsi, ticarət və investisiya imkanları barədə məlumat, KOB-lara xidmətlərin göstərilməsi və bu sahədə idarəetməyə dair təcrübə mübadiləsinin genişləndirilməsi, biznes subyektləri arasında yeni əməkdaşlıqların qurulması üçün qarşılıqlı biznes missiyaların, müxtəlif tədbirlərin təşkili və digər təşviqedici fəaliyyətlər nəzərdə tutulur. Memorandumun icrası məqsədilə tərəflər əməkdaşlığın istiqamətlərini və mərhələlərini əks etdirən Yol Xəritəsi hazırlayacaqlar. 

 

Powered by Froala Editor