Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Azərbaycan və Tacikistan arasında ticarət və investisiya imkanları müzakirə edilib 28.12.21
Azərbaycan və Tacikistan arasında ticarət və investisiya imkanları müzakirə edilib

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Tacikistanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə video-konfrans formatında görüş keçirilib. Tədbirdə Azərbaycan və Tacikistan arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. 

AZPROMO-nun rəhbəri Yusif Abdullayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soliyev, Tacikistanın İnvestisiyalar və dövlət mülkiyyətinin idarə olunması üzrə komitəsinin sədr müavini Xurşeda Kodir və digərləri ölkələrimiz arasında ticarət və investisiya imkanlarına dair fikir və təkliflərini bildiriblər.

Görüşdə Azərbaycanın biznes və investisiya mühiti, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, həmçinin Tacikistanın investisiya potensialı barədə məlumat verilib, suallar cavablandırılıb.

Powered by Froala Editor