Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
"AIM Congress"in Startap Yarışmasının Milli Turuna qeydiyyat başladı! 2024-cü ildə KOB-ların 41 layihəsinin maliyyələşdirilməsinə 714 min manat həcmində qrant ayrılıb Şabran sahibkarları ilə müzakirələr aparılıb İnnovativ startapların böyük hədəfləri KOB-ların fəaliyyətində yaşıl və rəqəmsal texnologiyaların tətbiqi təşviq ediləcək - Orxan Məmmədovla EKSKLÜZİV MÜSAHİBƏ Qobustan rayonunda sahibkarlarla görüş keçirilib İnsan İnkişafı Forumu keçirilib Qiymətli kağızlar bazarının inkişafı və bu sahədə KOB-lar üçün imkanlara dair ictimai müzakirə təşkil olunub KOBİA-ya ISO 10002:2018 beynəlxalq standartı üzrə sertifikat təqdim edilib Regionlarda xidmət sektoru üzrə yeni sahibkarlıq obyektləri yaradılıb
Azərbaycanda “Ağıllı poçt qutuları”nın istehsalına və tətbiqinə başlanılıb 16.05.22
Azərbaycanda “Ağıllı poçt qutuları”nın istehsalına və tətbiqinə başlanılıb

Azərbaycanda yaxın iki ildə 500-dən çox “Ağıllı poçt” terminalının - Kargomat”ın istehsalı və quraşdırılması nəzərdə tutulur. Bununla bağlı 2021-ci ildə istehsalçı şirkət və sifarişçi arasında uzunmüddətli əməkdaşlıq haqqında sənəd imzalanıb. Layihə Azərbaycanda innovativ sahibkarlığın inkişafı, yeni texnoloji istehsal sahələrinin yaradılması, texnoloji məhsulların ixrac potensialının gücləndirilməsi, həmçinin logistika sektorunun inkişafını nəzərdə tutur. Hazırda terminalların Türkiyədə qurulması ilə bağlı danışıqlar aparılır ki, bu da öz növbəsində Azərbaycan və Türkiyə arasında innovativ sənaye istehsalı sahəsində kooperasiyanın genişləndirilməsinə xidmət edəcəkdir. 

 

Layihənin reallaşmasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstək göstərilib. 

 

“Kargomat” tam avtomatlaşdırılmış poçt qutularından ibarət terminaldır. Bu terminallar vasitəsilə bağlamaları 7/24 rejimində növbə gözləmədən, təhvil nöqtələrinin və kuryerlərin iş qrafikindən asılı olmadan əldə etmək mümkündür. “Kargomat” terminalları sensor ekran, POS terminal, QR kod və barkod skanerlər, videomüşahidə kameraları və etibarlı elektron qıfıllar ilə təchiz olunub. Terminalların fəaliyyəti, kuryerlərin onlayn xidmətlərinə inteqrasiya olunub və tam avtomatik çalışır, operatorlar şəbəkənin distant nəzarətini və idarə edilməsini həyata keçirirlər. Bağlamaların ölçüsünə uyğun olaraq "Kargomat"larda müvafiq yuvalar var.

 

“Kargomat”ın işləmə prinsipi çox sadədir. Alıcı onlayn mağazada məhsulu sifariş etdikdən sonra çatdırılma üsulu kimi özünə ən yaxın olan “Kargomat” terminalını seçir. Bağlama qeyd olunmuş “Kargomat”a çatdırıldıqda istifadəçi SMS vasitəsilə bildiriş alır. 3 gün ərzində bildirişdə qeyd olunan kodu daxil etməklə bağlamanı əldə etmək mümkündürHazırda kuryer xidmətləri ilə anlaşma çərçivəsində “Kargomat”lara çatdırılma pulsuzdur. "Kargomat"ların market və ticarət şəbəkələrində, nəqliyyat qovşaqlarında və s. ərazilərdə yerləşdirilməsi davam edir. 

 

Qeyd edək ki, inkişaf etmiş ölkələrdə belə ağıllı poçt qutuları uzun müddətdir istifadə edilir. Pandemiya dövründə xüsusilə kuryer və alıcı arasında təması nəzərdə tutmayan çatdırılma xidmətlərinə dünyada tələbat artıb. Bir sıra xarici ölkələrdə çatdırılmaların 70%-dən çoxu məhz “ağıllı poçt qutuları” vasitəsilə həyata keçirilir. 

Powered by Froala Editor