Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
Azərbaycanda biznes naviqatorun tətbiqi imkanlarına dair müzakirələr aparılıb 09.12.19
Azərbaycanda biznes naviqatorun tətbiqi imkanlarına dair müzakirələr aparılıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan Rusiya Federasiyasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Korporasiyasının baş direktorunun müavini Svetlana Kuznetsova ilə görüşüb.

Görüşdə Azərbaycan və Rusiyanın kiçik və orta biznes subyektləri arasında əlaqələrin inkişafına və yeni əməkdaşlıq istiqamətlərinə, o cümlədən Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Korporasiyasının biznes naviqator layihəsinə və bu layihənin ölkəmizdə tətbiqi imkanlarına, hər iki ölkənin sərhədyanı bölgələrində fəaliyyət göstərən KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbirlərin təşkilinə, yerli KOB-ların Rusiyanın iri şirkətlərinin satınalmalarında iştirakına və bu məqsədlə birgə məlumatlandırıcı təlimlərin keçirilməsinə dair müzakirələr aparılıb.

Powered by Froala Editor