Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Azərbaycanın biznes və investisiya imkanları Çində nümayiş olunub 04.09.23
Azərbaycanın biznes və investisiya imkanları Çində nümayiş olunub

Çində keçirilən Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində Azərbaycanın vahid ölkə stendində KOBİA-nın dəstək və xidmətləri barədə də məlumat verilir. 

 

Çində Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi (CIFTIS) keçirilib. Azərbaycan CIFTIS sərgisində “Invest in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunub. Ölkəmiz Pekində keçirilən sərgidə vahid ölkə stendi ilə beşinci dəfə iştirak edir.

İKT, maliyyə, mədəniyyət və turizm, təhsil, idman, təchizat zənciri və biznes, layihə məsləhətçiliyi və tikinti, səhiyyə və ətraf mühit xidmətləri mövzu bölmələrindən ibarət olan budəfəki sərgidə yer alan “Invest in Azerbaijan” vahid ölkə stendində Azərbaycanın investisiya potensialı ilə yanaşı, keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları da nümayiş etdirilir. 

Stenddə sərgi iştirakçılarına İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Ələt Azad İqtisadi Zonası, Azərbaycan İnvestisiya Şirkəti və Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti, biznesə göstərilən dəstək və xidmətlər, xarici investorlarla potensial əməkdaşlığa dair geniş məlumatlar təqdim olunur.

Çində səfərdə olan Azərbaycan nümayəndə heyəti CIFTIS sərgisində “Invest in Azerbaijan” vahid ölkə stendi ilə tanış olub. 

Qeyd edək ki, CIFTIS sərgisi 2-6 sentyabr tarixində keçirilir.

Powered by Froala Editor