Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb "Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck"
Azərbaycanlı sahibkar və menecerlər biznes üzrə beynəlxalq ixtisasartırma kursu keçib 17.11.21
Azərbaycanlı sahibkar və menecerlər biznes üzrə beynəlxalq ixtisasartırma kursu keçib

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində “İqtisadi kooperasiya” üzrə beynəlxalq ixtisasartırma kursu keçən sahibkar və menecerlərin növbəti qrupunun təlimləri başa çatıb. İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlərə beynəlxalq sertifikatlar təqdim edilib.


Qeyd edək ki, 13 avqust - 4 noyabr tarixlərində sahibkar və menecerlər Almaniyanın “AHP İnternational“ Tədris Mərkəzinin ekspertləri tərəfindən keçirilən onlayn təlimlərdə menecment sahəsində beynəlxalq təcrübə barədə məlumatlandırılıb, bu sahədə praktiki vərdişlərə yiyələnib və onlara alman şirkətləri ilə əlaqələrinin qurulmasında dəstək göstərilib. Pandemiya bitdikdən sonra kursu uğurla başa vurmuş sahibkar və menecerlərin Almaniyaya bir həftəlik səfərlərinin təşkili nəzərdə tutulur.


Məlumat üçün bildirək ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq həyata keçirilir. Proqramın Azərbaycan tərəfdən əlaqələndiricisi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Almaniya tərəfindən isə GİZ-dir. İndiyədək proqramdan 480 sahibkar və menecer yararlanıb. Pandemiya səbəbindən ixtisasartırma kursu onlayn formatda davam etdirilir. Proqramda iştirak etmək istəyən sahibkar və menecerlər KOBİA-ya müraciət edə bilərlər. 

Powered by Froala Editor