Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Bakı Enerji Həftəsində KOBİA tərəfindən KOB-ların yaşıl iqtisadiyyata keçidi və Bakı İqlim Bəyannaməsi təşviq olunur 02.06.25
Bakı Enerji Həftəsində KOBİA tərəfindən KOB-ların yaşıl iqtisadiyyata keçidi və Bakı İqlim Bəyannaməsi təşviq olunur

KOBİA-nın stendi Bakı Enerji Həftəsi günlərində yaşıl keçidə maraq göstərən və bu istiqaməti dəstəkləyən sahibkarlar və maraqlı tərəflər üçün görüş və əməkdaşlıq platforması olacaqdır. 

 

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”) öz işinə başlayıb. 


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) builki sərgidəki stendi KOB-ların yaşıl iqtisadiyyata keçidinin və COP29 çərçivəsində Agentliyin irəli sürdüyü “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin təşviqinə həsr olunub. Bu məqsədlə stenddə Bakı İqlim Bəyannaməsi ilə bağlı yazılı və video materiallara yer ayrılıb. Qeyd edək ki, 20-yə yaxın yerli və beynəlxalq təşkilatın qoşulduğu bəyannamə KOB-ların yaşıl keçidinə dair ilk qlobal təşəbbüsdür. Bu sənəd qlobal səviyyədə kiçik və orta sahibkarların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsini nəzərdə tutan tədbirləri özündə ehtiva edir. Sərgi müddətində sahibkarlıqla bağlı yerli və xarici təşkilatlar bəyannamə barədə məlumatlandırılacaq və onların bu təşəbbüsə qoşulması istiqamətində təbliğat işləri aparılacaqdır. 


KOBİA-nın stendində həmçinin, tekstil, enerji, İKT, sənaye avadanlıqlarının istehsalı, xidmət və logistika sahələrində fəaliyyət göstərən 10-a yaxın KOB subyektinin məhsul və xidmətləri nümayiş olunur. Bu dəstək KOB-ların məhsul və xidmətlərinin tanıdılması, satış imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıqlar qurması məqsədi daşıyır. 


Qeyd edək ki, “Caspian Oil and Gas” sərgisi iyunun 4-dək davam edəcək. Bu müddət ərzində KOBİA-nın stendi yaşıl keçidə maraq göstərən və bu istiqaməti dəstəkləyən sahibkarlar və digər maraqlı tərəflər üçün görüşlər, məsləhət xidməti və Bakı İqlim Bəyannaməsinin təşviqinə dəstək platforması kimi fəaliyyət göstərəcəkdir. 

Powered by Froala Editor