Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
“Bakı KOB evi”ndə Qırğız Respublikasının nümayəndə heyəti və Azərbaycan iş adamları arasında görüş keçirilib 01.03.23
“Bakı KOB evi”ndə Qırğız Respublikasının nümayəndə heyəti və Azərbaycan iş adamları arasında görüş keçirilib

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti “Bakı KOB evi”ndə olub. 


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOB evinin fəaliyyəti, burada sahibkarlara dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlər barədə ətraflı məlumat verib. 


Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arasında keçirilmiş görüşdə hər iki ölkənin iş adamları arasında mövcud əməkdaşlığa və bu əlaqələrin daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb. 


Sonra KOBİA-nın təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Qırğızıstan nümayəndə heyəti və Azərbaycan iş adamları arasında görüş keçirilib. Görüşdə Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev, Qırğız Respublikasının Prezidenti yanında Milli İnvestisiya Agentliyinin direktoru Umbriel Temiraliyev və Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev iştirak ediblər. 


Görüşdə Qırğızıstan nümayəndə heyəti tərəfindən bu ölkənin iqtisadiyyatına, müxtəlif sektorların potensialına və investisiya qoyuluşu imkanlarına dair məlumat verilib, Azərbaycan iş adamlarının Qırğızıstan iqtisadiyyatına və əməkdaşlıq imkanlarına dair sualları cavablandırılıb.  

Powered by Froala Editor