Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Bakıda 2-ci Türk Dövlətləri Aqro Biznes Forumu keçirilib 26.09.23
Bakıda 2-ci Türk Dövlətləri Aqro Biznes Forumu keçirilib

2-ci Türk Dövlətləri Aqro Biznes Forumunda KOBİA sədri Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında aqrobiznes potensialını genişləndirən və yeni qarşılıqlı əlaqə formatlarını müəyyən edən vahid platformanın yaradılmasının nəzərdən keçirilə biləcəyini qeyd edib. 

Bakıda Kənd Təsərrüfatı Nazirliyinin və Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə 2-ci Türk Dövlətləri Aqro Biznes Forumu keçirilib.

Türk dövlətlərindən rəsmi şəxslərin və özəl şirkət təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin təşkilatın əlaqəli qurumları ilə əməkdaşlığı, aqrar sahədə çalışan KOB-lara Agentliyin dəstəyi barədə məlumat verib. Qeyd edilib ki, kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır. Bu səbəbdən aqrobiznes fəaliyyətinin qurulması və inkişaf etdirilməsinə dəstək KOBİA-nın fəaliyyət gündəliyinə daxildir. Agentlik bu istiqamətdə KOB-ların satış imkanlarının genişləndirilməsinə, məhsul və xidmətlərinin tanıdılmasına dəstək göstərir. Mütəmadi olaraq kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkar və fermerlərlə görüşlər və maarifləndirmə tədbirləri keçirilir. Aqrar sahədə fəaliyyət göstərən sahibkarlar KOBİA-nın nəzdində olan KOB evlərində dövlət və özəl qurumlarının xidmətlərindən istifadə edə bilərlər. 

KOBİA sədri Agentliyin Türk Dövlətləri Təşkilatı ilə əlaqəli qurumlar və müşahidəçi ölkələrin müvafiq təsisatları ilə əməkdaşlıq etdiyini, təşkilata üzv ölkələr arasında aqrobiznes potensialını genişləndirən və yeni qarşılıqlı əlaqə formatlarını müəyyən edən vahid platformanın yaradılmasının nəzərdən keçirilə biləcəyini qeyd edib. 

Powered by Froala Editor