Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Bakıda tikinti biznesi ilə bağlı Biznes Forum keçirilib 17.10.22
Bakıda tikinti biznesi ilə bağlı Biznes Forum keçirilib

Bakıda İsveç Ticarət və Sənaye Palatasının dəstəyi və İsveçin “Scandinavian & UK Machines” şirkətinin təşkilatçılığı ilə Beynəlxalq Biznes Forum keçirilib. Tədbirdə müxtəlif ölkələrdən tikinti biznesinin nümayəndələri və rəsmi şəxslər iştirak ediblər. 


Forumda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə tikinti sahəsində xeyli sayda KOB subyektinin fəaliyyət göstərdiyini, tikinti və istehsal sənayesində birgə müəssisələrin və KOB klasterlərin yaradılması imkanlarının geniş olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, KOBİA Azərbaycanda tikinti sektorunda biznes qurmaq və bu sahədə fəaliyyətini genişləndirmək istəyən yerli və xarici iş adamlarına müxtəlif dəstək və xidmətlər göstərməyə hazırdır. 

Powered by Froala Editor