Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Qars Ticarət və Sənaye Palatasının biznes nümayəndə heyəti üçün Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimat keçirilib KOBİA könüllülük proqramı ilə bağlı nəticələri açıqlayıb: 850-yə yaxın gənc real iş mühitində təcrübə qazanıb Naxçıvanda 2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu keçirilib KOBİA startap yarışları ilə yerli layihələrin investorlar üçün cəlbediciliyini artırır KOBİA startapların inkişafı üçün yeni proqramlar tətbiq edəcək Xarici investorların Azərbaycan startaplarına marağı artıb Sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələri üzrə texniki reqlament layihələrinin ictimai müzakirəsi keçirilib Sahibkarların fəaliyyət mühitinin yaxşılaşdırılması ilə bağlı ictimai müzakirə keçirilib Azərbaycan və İordaniya KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi üçün sənəd imzalanıb Azərbaycan məhsulları “Halal Expo 2025” sərgisində
Balakən və Zaqatalada yem emalı müəssisələri istifadəyə verilib 29.05.19
Balakən və Zaqatalada yem emalı müəssisələri istifadəyə verilib

Ölkə regionlarında kənd təsərrüfatının və heyvandarlığın inkişafına, eləcə də mikro və kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə dəstək məqsədilə Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində növbəti yem emalı müəssisələri mayın 29-da Balakən və Zaqatala rayonlarında istifadəyə verilib.

Balakən rayonunun Qazma və Zaqatalanın Qazangül kəndlərində yem emalı müəssisələrinin fəaliyyətə başlaması ilə bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirlərdə KOBİA-nın, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, müvafiq yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Zaqatala rayonunun Qazangül kəndində keçirilmiş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şəfizadə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Riçard Bayes, Qazangül icmasının nümayəndəsi Akif Həsənov çıxışlarında ölkə regionlarında özəl bölmənin, xüsusilə də aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən bəhs edib, yem emalı müəssisələrinin bölgələrdə bitkiçilik və heyvandarlığın inkişafında, yemə olan tələbatın ödənilməsində, eləcə də mikro və kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli olduğunu vurğulayıblar.

Məlumat üçün bildirək ki, Qazma və Qazangül kəndlərində yem emalı müəssisələrinin istifadəyə verilməsi ilə Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən SEDA layihəsi çərçivəsində fəaliyyətə başlamış yem emalı müəssisələrinin sayı 27-ə çatıb. Yem emalı müəssisələrində istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.

Mayın 30-da isə Qax rayonunun Tasmalı kəndində yem emalı müəssisəsi yerli sakinlərin istifadəsinə veriləcəkdir.

Powered by Froala Editor