Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Balıq bazarı ilə bağlı bazar araşdırması aparılıb 28.08.23
Balıq bazarı ilə bağlı bazar araşdırması aparılıb

Müvafiq sahədə biznesə başlamaq və fəaliyyətini genişləndirmək istəyən KOB subyektləri balıq bazarı ilə bağlı bazar araşdırmasından faydalana bilərlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə balıq bazarı ilə bağlı daxili bazar araşdırması aparılıb. Bazar araşdırmasında Azərbaycanda balıq bazarının həcmi, bu sahənin son illərdəki inkişaf dinamikası, endemik və idxal olunan balıq növlərinin bazar payı, balığın idxal və ixracı, istehlakçıların seçiminə təsir edən amillər, eləcə də balıq istehsalı ilə əlaqədar sahibkarlıq subyektlərini və bu sahədə biznesə başlamaq istəyənləri maraqlandıran məsələlər öz əksini tapıb. Balıq bazarına dair bazar araşdırması ilə KOBİA-nın saytından tanış olmaq olar (https://bit.ly/3EirpGR).

Qeyd edək ki, KOBİA tərəfindən sahibkarlar arasında aparılan sorğular və daxil olmuş müraciətlər əsasında indiyədək Agentliyin təşəbbüsü ilə 26 daxili bazar araşdırması aparılıb. Qida və qeyri-qida sahələrini əhatə edən bu bazar araşdırmalarından sahibkarlar ödənişsiz olaraq faydalana bilərlər. 

Eyni zamanda sahibkarlıq subyektləri onları maraqlandıran sahələr üzrə daxili bazar araşdırmasının aparılması üçün dövlət dəstəyi mexanizmindən faydalana bilərlər. Sahibkarın müraciəti əsasında aparılan bazar araşdırması hesabatı üzərində mülkiyyət hüququ yalnız həmin sahibkara məxsus olur və ictimaiyyətə açıqlanmır. Belə araşdırmaların aparılması üçün 20 min manata qədər dövlət dəstəyi nəzərdə tutulur. Müxtəlif sahələrdə biznesə başlamaq, yeni məhsul və xidmətlər yaratmaq istəyən KOB subyektləri bazar araşdırmasının aparılması üçün KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumat üçün: https://bit.ly/3sp277A  

Powered by Froala Editor