Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub “İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda 2024-cü ilin ən fəal sahibkarları mükafatlandırılıb KOBİA-da vətəndaş qəbulu keçirilib Göyçayda keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkası KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib Rəqəmsallaşmaya töhfə verən yeni startaplar Sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası Göyçayda keçirilir
Beynəlxalq konfransda pandemiya dövründə ölkəmizdə KOB-lara göstərilən dəstək tədbirləri diqqətə çatdırılıb 12.12.20
Beynəlxalq konfransda pandemiya dövründə ölkəmizdə KOB-lara göstərilən dəstək tədbirləri diqqətə çatdırılıb

Dekabrın 11-də Moldova Respublikasının İqtisadiyyat və İnfrastruktur Nazirliyinin və bu ölkənin Kiçik və Orta Sahibkarlıq Sektorunun İnkişafı Təşkilatının təşkilatçılığı ilə keçirilmiş “KOB Konfrans 2020 - Şərq Tərəfdaşlığı: ümumi problemlər və həll yolları” mövzusunda onlayn tədbirdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də iştirak edib.

Şərq Tərəfdaşlığı ölkələrindən olan rəsmi şəxslərin, KOB və investisiya sahəsində müvafiq qurumların və sahibkarların iştirakı ilə təşkil olunmuş onlayn konfransda “COVİD-19” pandemiyası ilə əlaqədar özəl sektorun, xüsusilə də KOB subyektlərinin qarşılaşdığı çətinliklər, Şərq Tərəfdaşlığı ölkələrinin hökumətlərinin pandemiyanın KOB-lara neqativ təsirlərinin minimuma endirilməsi istiqamətində gördüyü qabaqlayıcı tədbirlər və dəstəklər, bu sahədə ölkələrin uğurlu təcrübələri, Avropa İttifaqının dəstəyi, post-pandemiya dövründə gprüləcək işlər barədə məlumat verilib, həll yolları, yeni texnologiyalar müzakirə edilib.

Beynəlxalq konfransdakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, pandemiya dövründə Azərbaycan hökuməti tərəfindən KOB-lara göstərilən dəstək tədbirləri, KOBİA-nın dəstək mexanizmləri barədə məlumat verib. Qeyd olunub ki, pandemiyanın dünya iqtisadiyyatına neqativ təsiri nəticəsində demək olar ki, bütün ölkələrdəki KOB-lar oxşar çətinliklərlə üzləşiblər və Şərq Tərəfdaşlığı platforması çərçivəsində ortaq məsələlərə dair fikir mübadiləsinin aparılması milli KOB dəstək proqramlarının səmərəliliyinin artırılmasına öz töhfəsini verəcəkdir. İlk gündən Azərbaycan dövləti müxtəlif dəstək mexanizmləri ilə pandemiyadan zərər çəkən sahibkarların, xüsusilə də mikro və kiçik sahibkarların yanında olub. İqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan proqramlar çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən mikro sahibkarlara birbaşa maliyyə dəstəyi göstərilib, muzdlu işçilərə əmək haqqının bir hissəsi dövlət tərəfindən ödənilib, KOB-lar üçün vergi güzəştləri və tətilləri, həmçinin yeni güzəştli kreditləşdirmə mexanizmləri işə salınıb. Post-pandemiya dövründə KOB-ların iqtisadiyyatın bütün sahələrində rolunun və rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində tədbirlər davam etdiriləcək, yeni sektorlar və istiqamətlər inkişaf etdiriləcəkdir. İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi və investisiya potensialı da biznes üçün yeni imkanlar yaradır.

Onlayn konfransda həmçinin, KOBİA yanında İctimai Şurada təmsil olunan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının rəhbərləri də çıxış ediblər.

Powered by Froala Editor